Mirzoyan Moskvada: "Qarabağın bu cür həllini istəyirik"

rmənistan Qarabağ konfliktinin sülh yolu ilə həllinə sadiqdir.

Bunu Rusiya Federasiya Şurasının plenar iclasında çıxışı zamanı Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan deyib.

"Xüsusilə qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ konfliktinin sülh yolu, beynəlxalq hüququn əsas prinsipləri, özəlliklə də xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə həllinə sadiq olaraq qalır", - deyə o bildirib.

Qeyd edək ki, Mirzoyan fevralın 25-də Moskvaya gedib.

AXAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31