Radikal müxalifət iflasa uğrayıb- Təhlil
27 Fevral 2019 15:18 SiyasətDağıdıcı düşərgə nümayəndələri Azərbaycan cəmiyyəti tərəfindən qınanılır
Əlamətdar günlərdən, hətta xalqın faciəsindən öz çirkin məqsədləri üçün istifadə etməkdən belə çəkinmyən Milli Şura və qurumda təmsil olunan siyasi partiyalar Xocalı yürüşündə nədənsə meydanda görünmədi. Özünü radikal müxalifət kimi qəmələ verən AXCP, "Müsavat" və Milli Şura kimi radikal siyasi qruplaşmaların canfəşanığı gözə dəymədi. Əslində geniş sosial bazaya, reytinqə malik olmayan siyasi qurumdan bundan artığını gözləməyə də dəyməzdi.
Qətiyyətlə demək olar ki, Milli Şuranın bu dəfə ofsaytda qalmasının səbəbi xalqın prezident İlham Əliyevin arxasınca getmsi oldu. Artıq bu məsələ dəfələrlə təsdiqini tapıb, xalq öz fəaliyyəti ilə dövlət başçısının yanında olduğunu isbat edib. Ancaq Əli Kərimli və ətrafında cəmləşən "sosisl şəbəkə fədailəri Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində hansısa addım ata bilərdi. Nəzərə almaq lazımdır ki, Ə. Kərimlinin təsiri altında "Azadlıq" radiosu, "Azadlıq" qəzeti", "Meydan Tv" kimi yayım vasitələri mövcuddur. Həmçinin, xaricdəki himayədarlarından aldıqları xüsusi tapşırığı icra etməkdən ötrü sosial şəbəkələri zəbt etmək kimi "təcrübələri" var. Etiraf edilməlidir ki, nəinki yerli, eləcə də dünya mətbuatında Xocalı soyqırımı ilə ağlı məlumatlar kifayət qədər işıqlandırıldı, çoxlu sayda foto və videolar yayımlandı. Lakin haray-həşir qopararaq guya Azərbaycanda insan hüquqlarının, demokratiyanın pozulması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması barədə dünyaya car çəkən Əli Kərimli və ətrafı nədənsə bu dəfə susmağa üstünlük verdi. Radikal müxalifətin bu cür mövqe və fəaliyyəti bir daha onların çirkin niyyətini ortaya qoymuş oldu.
Ancaq milli faciələrlə bağlı hər hansı xeyirli addımın atılması nəinki sadə vətəndaşın, eləcə də siyasi təbəqənin bir nömrəli işi olmalıdır. Dəfələrlə "Qarabağ" mitinqi tələbini ortaya atan qaragurhçu təbəqənin Xocalı yürüşündə yoxa çıxması bir çox mətlblərdən xəbər verir. Görünür qisas eşqilə alışıb yanan Ə.Kərimlinin məqsədi xalqın qayğısına qalmaq, ümumilli problemləri beynəlxalq arenaya çıxarmaq yox, nəyin vasitəsilə, hansı yolla olursa olsun hakimiyyətə sahib çıxmaqdır. Xocalıda azərbaycanlıların kütləvi qətliamı, uşaq və qadınların başlarına gətirilən müsibətlər, insanlara verilən dəhşətli işgəncələr heç Kərimlinin vecinə də deyilmiş. Bu isə o anlama gəlir ki, Azərbaycan siyasi səhnəsində heç bir çəkiyə malik olmayan radikal meyillilər özlərinin maddi maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər.
Nədənsə hər şeydən şəxsi maraqları üçün istifadə etməyə can atan Əli Kərimli bu dəfə təxribat törətməkdən belə yayındı. Bu isə o deməkdir ki, Kərimli çox gözəl anlayır ki, bu dəfə onun hər hansı təxribatı baş tutmayacaq, üstəlik yol verilən kiçik səhv onun özünə qarşı işləyə bilər. Axı Xocalı qətliamı həssas məsələsir, millət bu faciənin ağqrılarını hələ də unutmayıb. Belə bir məqamda təxribata əl atmaq Kərimlinin birdəfəlik siyasi arenadan silinməsinə səbəb ola bilərdi.
Qeyd edək ki, Əli Kərimlinin Xicalı faciəsinin ildönümündə fiaskosu əslində radikal qrupların iflasa uğraması anlamına gəlir. Cəmiyyət bir daha gördü ki, özlərini ictimaiyyətə müxalifət liderləri kimi təqdim edən Əli Kərimli və Cəmil Həsənli heç vaxt xalqın yanında olmayıb. Əksinə, xalqın ağır günlərindən şəxci mənafeyi üçün yararlanmaq cəhdində bulunub. Ümumiyyətlə, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət daim Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edib və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışıb.
Bu dəfə isə bir daha məlum oldu ki, radikal ünsürlər istənilən hadisədən sui-istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Onlar Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdırlar. Elə bu səbədən də dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən qınanılır. Azərbaycan cəmiyyətinin nümayəndələrinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi isə bəllidir. Artıq xalq yaxşı bilir ki, hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrinə qucaq açan, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran, həmçinin, bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə etimad göstərmək olmaz.
Alim