“Bir şeyi alıb, bir şeyi vermək lazımdır…” – Erməni politoloqdan Qarabağ açıqlaması

"Ermənistanın mövcud hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin "Madrid prinsipləri" əsasında həll təklifini rədd etmir".

Bunu erməni politoloq Ara Papyan deyib.

Ekspertin fikrincə, "Madrid prinsipləri" bir şeyi almaq üçün bir şeyin verilməsini nəzərdə tutan təklifdir:

"Ermənistan rəsmiləri də münaqişənin bu çərçivədə həllinə isti baxır. Lakin Azərbaycan münaqişənin Qarabağın öz ərazi bütövlüyü daxilində saxlanılması şərti ilə bu məsələnin müzakirəsinə təkid edir. Ermənistan isə bununla razı deyil. Bu halda da, münaqişənin "Madrid prinsipləri" çərçivəsində hansı formada həll tapılacağı problematik görünür".

Ara Papyan xalqların sülhə hazırlaşdırılması prosesinə də toxunub: "Ermənistan və Azərbaycan arasında qarşılıqlı aqressiv bəyanatların səsləndirildiyi dönəmdə xalqların sülhə hazırlaşdırılması məsələsi mümkün olmaya bilər".

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31