“Azərbaycan Ordusu effektiv və döyüş qabiliyyətlidir” - Rusiyalı ekspert

"Azərbaycan Rusiyanın mühüm hərbi-texniki tərəfdaşlarından biridir".

"Azərbaycan Ordusu regionun ən inkişaf etmiş ordularından biridir, effektiv və döyüş qabiliyyətlidir".

Bunu Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransında rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

O qeyd edib ki, bu gün dünyada çox çətin hərbi-siyasi vəziyyət yaranıb: "Azərbaycan Rusiyanın mühüm hərbi-texniki tərəfdaşlarından biridir. Bu əməkdaşlıq kiməsə qarşı yönəlməyib. O, Azərbaycanın suverenliyi və müstəqilliyinin müdafiəsinə yönəlib".

İ.Korotçenkonun sözlərinə görə, Xəzəryanı ölkələrin özləri regionun təhlükəsizliyini təmin etməlidirlər: "Xəzər regionunda heç bir xarici oyunçu olmamalıdır - nə ABŞ, nə Böyük Britaniya, nə də NATO. Xəzərin təhlükəsizlik zonası olaraq qalması bizim üçün vacibdir. Elə bu səbəblə də Xəzər dənizinin statusu haqqında konvensiyanı imzaladıq".(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31