"Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün çox önəmli addımlar atılıb"

Olaylar.az Atlas Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayevin Dövlət başçısının, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərancamla bağlı fikirlərini öyrənib.

O qeyd edib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının hər zaman diqqət mərkəzində olub: "Cənab prezidentin imzaladığı son sərəncam bunu bir daha sübut etdi. Bu sərəncamla ölkəmizdə valideyn himayəsindən məhrum olmuş şəxslərin, əlilliyi olanların və müharibə veteranlarının, başçısını itirmiş ailələrin və.s şəxslərin aldığı müavinətlər artırıldı. Bu sərəncam həm də ökəmizdə yoxsulluq səviyyəsinin daha da enməsinə təkan verəcək. Xüsusilə əlilliyi olan şəxslər üçün ödənilən müavinətin qaldırılması çox önəmlidir. Çünki ölkəmizdə kifayət qədər bu sinfə aid şəxslər var və onların böyük bir qisminin iş qabiliyyəti çox aşağıdır.  Ümumiyyətlə, 2019-cu ilin ilk iki ayına nəzər salsaq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün çox önəmli addımlar atılıb. İl sonuna qədər bu tipli islahatların davam etdiriləcəyi gözləniləndir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31