Erməni nazirdən isterik açıqlama

Yalnız müdafiədə qalmağa hazırlaşmırıq. Bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistan Müdafiə naziri David Tonoyan deyib.

"Keçmişdə bizim ordunun hansısa müdafiə strukturu olub. Hazırda onların psixologiyası və yanaşması dəyişir. Yalnız müdafiə olunan ordu hər zaman uduzur. Biz yalnız müdafiə mövqeyində qalmağa hazırlaşmırıq. Əgər söhbət hərbi fəaliyyətdən gedirsə, biz dayanmayacağıq", - deyə o bildirib.

Bundan sonra jurnalistin "Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi?" sualına Tonoyan "niyə də yox" cavabını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31