Elmar Məmmədyarov Cenevrəyə yola düşüb
26 Fevral 2019 11:52 SiyasətAR xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 40-cı sessiyasında iştirak etmək məqsədlə Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb. XİN-dən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmmədyarovun BMT İHŞ-nin 40-cı sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, habelə bir-sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31