Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş gündəmdədir - XİN sözçüsü

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş gündəmdədir.

Bunu XİN-nin sözçüsü Leyla Abdullayeva bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan münaqişənin nəticələrini aradan qaldıracaq bütün məqsədyönlü görüşlərin keçirilməsinin tərəfdarıdır və buna hazırdır: "Həmsədrlərlə də bu məsələ müzakirə olundu. Hələlik görüşün tarixi və yeri dəqiq məlum deyil. Bu barədə qərar verildikdən sonra ictimaiyyəti məlumatlandıracağıq".

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31