Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Gürcüstan üçün Ermənistanın təhlükəsini artırır- Geosiyasət
25 Fevral 2019 13:17 Siyasətİşğalçı Ermənistan Azərbaycanla qonşu Gürcüstan arasında münasibətləri gərginləşdirmək, iki ölkə arasında problemlər yaratmaq məqsədilə fəaliyyətini davam etdirməklə yanaşı, Tbilisiyə də zərbə vurmaq, ona qarşı ərazi iddiaları ilə çıxış etmək niyyətini büruzə verir. Hər halda Cavaxetiyada son vaxtlar yaradılan süni şəkildə qarşıdurma və ermənilərin burada əsas söz sahibi olması istiqamətindəki fəaliyyətlər belə deməyə əsas verir. Gürcüstanda ermənilərin fəallaşması, bu istiqamətdə cərəyan edən prosesləri şərh edən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyir ki, Gürcüstanın erməni əsilli vətəndaşlarının başladığı növbəti təxribat kampaniyası Gürcüstan vətəndaşı olan azərbaycanlıları nəhayət ki, hərəkətə gətirib. Onun sözlərinə görə, istənilən tərəfdən ehtiyatsız fikir kəskin qarşıdurmalara gətirib çıxara bilər: "Gürcüstanın erməni və azərbaycanlı vətəndaşlarının qarşıdurmasının kökü Gürcüstanın daxilində deyil, qonşularındadır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Gürcüstan üçün Ermənistanın təhlükəsini artırır. Ermənistan Gürcüstanın bir-birinə qarşılıqlı hücum etməməklə bağlı müqavilə bağlamaq təklifini rədd etdi. Ermənistan Gürcüstanın ərazi bütövlüyünü tanımır. Rəsmi Tbilisi bu məsələyə laqeydlik göstərir. Tbilisinin laqeydliyi artıq özü Ermənistanı Gürcüstanın üzərinə qızışdıran bir vasitəyə çevrilib. Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmaması barədə ermənilərin öz versiyası var və o versiyaya da uyğun hərəkət edərəkGürcüstanı daha çox təsir altına almağa çalışırlar".
Politoloq deyir ki. Ermənistan daimi olaraq Gürcüstanın daxilində separatizmi qızışdırır və bunu özü üçün Gürcüstanın daxilinə təzyiq elementi kimi rəsmi Tbilisiyə sırıya bilib: "Gürcüstan vətəndaşı, milliyyətcə erməni, Cavaxetiya regionunda separatizmlə məşğul olduğuna görə həbs olunmuş Vaan Çaxalyan indi Yerevanda Dağlıq Qarabağı Ermənistana birləşdirməklə bağlı mitinqlərə hazırlaşır. Analoji mitinqlərin Cavaxetiya regionunda
keçirilməsi də istisna deyil. Dağlıq Qarabağı Ermənistana birləşdirməklə paralel V.Çaxalyan köhnə ideyasına-Cavaxetiyanı Ermənistana birləşdirmək ideyasına da qayıdacaqdır. Rəsmi Tbilisinin passivliyi onun özünə çox baha başa gələ bilər. Gürcü siyasətçilərin bəzilərinin bu vaxtadək olan düşüncə tərzinə görə Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etmək Gürcüstana sərf etmir. Çünki Ermənistanla Azərbaycan arasındakı münasibətin normallaşmasından Gürcüstan əziyyət çəkəcək. Bu düşüncə tərzi altında Gürcüstan heç vaxt vasitəçilik təşəbbüsü irəli sürməyib. Fransanın
eks-prezidenti F.Olandın Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmaq təklifini rədd etdilər".
Mərkəz rəhbəri onu da bildirib ki, Gürcüstanın ictimai-siyasi mühitinin Dağlıq Qarabağ məsələsinə münasibəti Azərbaycandan baxanda ən azı məyusedicidir: "Gürcüstan rəsmiləri bütün dünyaya təbliğ edirlər ki, ermənilər və azərbaycanlılar birlikdə yaşaya bilmirlər. Gürcüstanın keçmiş müdafiə naziri Tina Xidaşelinin ötən ilin sonlarında Atlantik Şurada çıxışı gürcü ictimai-siyasi mühitinin Dağlıq Qarabağ probleminə münasibətinin xarakterik nümunəsidir. O, müzakirələrdə cəmi bircə dəfə Abxaziya və Cənubi Osetiyanın adını çəkdiyi halda 4-5 dəfə Dağlıq Qarabağ münaqişəsinin adını hallandırdı. Yanaşması yalnız ermənipərəst idi. T.Xidaşelinin müzakirə tərəfdaşlarından biri Dağlıq Qarabağı hətta
valyutaya malik olan dövlət kimi təqdim etdi və o da başını tərpətməklə təsdiq etdi. Birləşmiş Ştatlar konqresmenlərinin Cavaxetiyanın müstəqilliyinə dəstək mövqeyindən gürcü siyasiləri sanki xəbərsizdir. Rəsmi Tbilisi öz maraqları prizmasından platformasını müəyyən etməli, bunun əsasında Ermənistanla Azərbaycanın münasibətlərini normallşdırmaq missiyasına başlamalıdır. Azərbaycan alternativ vasitəçiliyin
tərəfdarıdır.Gürcüstanın minimum iki qazancı olacaq. Birincisi. ərazi bütövlüyü prinsipi bizim regionda işləkprinsipə çevriləcək, ikincisi, Gürcüstan üçün Ermənistannın təhlükəsini azaldacaq".
Füzuli