Fuad Abbasovun həbsi Azərbaycan xalqına və bütün türk dünyasına əsl zərbə ola bilər - RƏY
25 Fevral 2019 11:54 SiyasətHaqqımız çatmır ki, erməni millətçiləri ilə mübarizədə onu yalnız qoyaq
Fuad Abbasov rus telekanallarında Azərbaycanın və Türkiyənin səsidir.
Erməni təxribat maşını bütün istiqamətlərdən Azərbaycana, ölkəmizi ayrı-ayrı dövlətərdə layiqincə təmsil edən soydaşlarımıza qarşı hücuma keçib. Son vaxtlar bu mənfi tendensiya özünü daha çox Rusiya Federasiyasında göstərir. Belə ki, bu günlərdə şimal qonşumuzda Azərbaycanı layiqincə təmsil edən, Ermənistana qarşı apardığımız informasiya mübarizəsində öndə gedənb jurnalist Fuad Abbasova qarşı erməni hücumlarına start verilib. Bu barədə b8u günlərdə Fuad Abbasov özü videomüraciət yayaraq həyatının təhlükədə olduğunu bildirib. Eyni zamanda azərbaycanlı jurnalist ona dəstək verilməsini də istəyib.
Həmyerlimiz Fuad Abbasovun düşmüş olduğu vəziyyət birmənalı olaraq hər kəsdə təəssüf hissi yaradıb. Eyni zamanda Fuad Abbasova dəstək verilməsinin zəruriliyi vurğulanıb.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib ki, ermənilər Fuad Abbasovun son dövrlərdə öz Azərbaycan vətənini və həmyerlilərini aktiv müdafiəsim ermənilərdə qıcıq yaradıb və onlar birləşib, jurnalisti öldürmək istəyirlər: "Yaxud Fuad Abbasovu həbs etdirmək qərarı veriblər. Fuad Abbasov artıq həyatının təhlükədə olduğunu açıqlayıb. Qeyd edim ki, son 2 il Türkiyə və Azərbaycanın müxtəlif problemlərinin Rusiyada qabardılması, ölkəmizin reputasiyasının artırılması yönündə çalışmaları jurnalistin həyatını təhlükəyə atıb.
Son, "Azərbaycanlı və çeçenlər arası qalmaqal"-ında vasitəçilik edərək sülhə nail olan jurnalist hər an öldürülə biləcəyini bildirib. Uzun illərdir Türkiyənin nüfuzlu informasiya agentliklərinin nümayəndəsi kimi Moskvada fəaliyyətdə olub, hazırda qurduğu "MİSRA" təşkilatında çalışır". İlqar Altay məsələ ilə bağlıdövlət rəhbərliyinə və Rusiyadakı səfirliyimizə müraciət-xahiş edərək bu mərd, vicdanlı həmvətənimizin müdafiəsilə bağlı Rusiya hökuməti ilə əlaqəli təcili tədbirlərin görülməsini zəruri hesab edib: "Onun Azərbaycana gətirilməsi təmin edilsin. Bundan sonra Fuad Abbasovun Moskvada qalması xüsusilə böyük təhlükədir. Vaxtı ilə Ramil Səfərovun erməni təxribatından qurtarılması kimi bu mübariz həmvətənə də kömək lazımdı.Rusiyadakı diasporamız ermənilərin Fuad Abbasova qarşı ictimai, siyasi və sair mənfur addımlarını neytrallaşdırma istiqamətli hərəkətə keçsin. Və Bakıdakı vətənpərvər ictimai qüvvələr də vətən tərəfdən səslərini qaldırsınlar. Bizim, Avropada yerləşən özəl-şəxsi tv kanallarımız Rusiyadakı çoxsaylı həmyerlilərə bu barədə yayımlar etsin.Və sonda, kimdə imkandır, Fuad bəyə çatdırsın, bir müddət Avropada yerləşməyi daha məqbul və təhlükəsiz bilərsə, Almaniyada, Frankfurtda onu ailəsi ilə qarşılaya bilərəm. Burada yaşayan çoxsaylı qohumlarımın yerləşməsini və istərsə, Almaniyada yaşam ixtiyarı almasına özüm bütün hüquqi yardımları təşkil edərəm.Fuad Abbasovun vətən, xalq üzərində haqqı az deyil və onu qorumaq da hər birimizin borcudur".
"Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun Prezidenti Fizuli Məmmədov da ermənilərin təzyiqinə məruz qalan jurnalist Fuad Abbasovla bağlı dünya azərbaycanlılarına müraciət ünvanlayıb. İş adamı fəal diaspor nümayəndəsinin sözlərinə görə, ermənilər Fuad Abbasovu millətlər arasında ədavəti qızışdırmaqda təqsirləndirərək, ona qarşı cinayət işinin başlanması tələbilə imza toplayırlar: "Bizim mənfur qonşular həm də Fuadı "Facebook" sosial şəbəkəsindən və "Youtube" videobloqundan sıxışdırıb çıxarmaq üçün kampaniyaya başlayıblar. Onlar Fuadın "Facebook" səhifəsini və "Youtube" kanalını bağlamaq istəyirlər. Ermənilər onun bu internet resurslardakı materiallarını da blok etmək üçün kampaniyaya start veriblər. Bundan başqa, onlar hətta Fuad Abbasovun ünvanına açıq təhdidlərə keçiblər". Fizuli Məmmədov təəssüf hissi ilə qeyd edib ki, Fuad Abbasovun təqibində həmçinin bizim bəzi həmvətənlərimiz də iştirak edirlər: "Öz tanınmış həmvətənlərinə dəstək vermək yerinə bəzi azərbaycanlıların onun ünvanına olan hədələrə qoşulduğunu eşitmək mənə çox ağırdır. Bu hədələrlə bağlı olaraq mən Fuad Abbasova öz zirehli avtomobilimi və mühafizəçilərimi təklif etdim, lakin o imtina etdi. Buna baxmayaraq, mən bundan sonra da ona mənəvi, hüquqi və maddi dəstək göstərməyə hazıram. Lakin, bəzi şeylər var ki, mənim təkbaşına gücüm çatmır. Bu Fuad Abbasova olan ümumxalq dəstəyidir. Hesab edirəm ki, belə bir kritik məqamda hər bir əsl azərbaycanlı vətənpərvər ona mənəvi dəstək nümayiş etdirməlidir. Bütün dünyadakı həmvətənlərimizi "Facebook" və "Youtube"da Fuad Abbasova dəstək kampaniyasına başlamağa çağırıram". Fizuli Məmmədov onu da əlavə edib ki, Rusiyada, ilk növbədə isə Moskvada dərhal ona dəstək məqsədilə imza toplamalıyıq: "Ermənilərin ona qarşı imzalarından daha çox imza toplaya bilməyimiz üçün Fuad Abbasova dəstək kampaniyamız çox fəal olmalıdır.Fuad Abbasovun həbsi Azərbaycan xalqına və bütün türk dünyasına əsl zərbə ola bilər. Bizim haqqımız çatmır ki, erməni millətçiləri ilə mübarizədə onu yalnız qoyaq. Biz mütəşəkkil və kütləvi şəkildə tanınmış jurnalist həmvətənimizin hüquq və maraqlarını qorumalıyıq. Bu gün Fuad Abbasov rus telekanallarında Azərbaycanın və Türkiyənin səsidir. O davamlı və çox effektiv şəkildə Azərbaycan və Türkiyənin milli maraqlarını müdafiə edir. Buna görə də bütün həmvətənlərimizi mümkün olan bütün hüquqi metodlarla Fuad Abbasova dəstək verməyə, onun həbsinə, o cümlədən "Facebook" səhifəsinin və "Youtube" kanalının bağlanmasına imkan verməməyə çağırıram"
Məhəmməd