“Makronun qərarları seçki öncəsi erməni lobbisinə verilən vədlərdir”

"Son zamanlar Fransa senatının Ermənistan meyilli qərarlar qəbul etməsi heç də birmənalı qarşılanmır. Fransanın qondarma "erməni soyqrımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsinin senata çıxarılması və qəbulu bunun əyani sübutu sayıla bilər. Təbiiki burada erməni lobbisinin təsir imkanlarını qeyd etmək yerinə düşərdi. Ümumiyyətlə Erməni lobbisinin rolu bir çox məsələlərdə özünü biruzə verir. Anti-Azərbaycan kampaniyasında da erməni lobbisinin payı heçdə az deyil." Bu fikirləri Olaylar.az-a siyasi ekspert Validə Ağazadə deyib. O, bildirib ki, Fransa Ermənistana olan müsbət mövqeyini gizlətmir və bunu qəbul etdiyi qərarlarla təstiqləyir: "Bunu bir neçə səbəblə əlaqələndirmək olar. Başlıca səbəb isə məhz erməni lobbisiylə əlaqədardır. Bilirik ki, Fransada kifayət qədər erməni yaşamaqdadır. Makronun bu qərarlarını, seçki öncəsi erməni lobbisinə verdiyi vəd kimi qiymətləndirmək olar . Lakin qondarma "erməni soyqırımı"nın Fransa təqvimində anım günü kimi qeyd olunması yalnış qərardır. Çünki, Fransa ATƏT-in Minsk qrupunda həmsədr olan ölkələrdən biridir və bunun məhsuliyyətini dərk edərək bu kimi mövzulara həssas yanaşmalıdır. Qondarma və heç bir faktlara söykənməyən soyqırımı tanıyan ölkənin, Xocalı soyqırımını qəbul etməməsi sırf ədalət prinsipinə zidd kimi görsənməkdədir. Əgər Fransa höküməti ədalət prinsipini ön plana çəkirsə niyə bu məslədə səssiz qalır? Təbiiki erməni lobbisinin dəstəyini itirməkdən qorxduqları üçün. Bu səbəbəbdən demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Fransanın mövqeyi heçdə bərabər tarazlanmır. Ekspert qeyd edib ki, Dünyada erməni lobbisinin ən güclü olduğu, geniş təşkilatlandığı üç ölkə ATƏT-in Minsk qrupunda həmsədr olan ABŞ, Fransa və Rusiyadır: "Fransada baş verən son hadisələr Dağlıq Qarabağ münaqişəsində Fransanın vasitəçi dövlət kimi bitərəf və obyektiv olmayacağını bir daha sübut etdi. Azərbaycan tərəfi yalnız ədalət və hüquq prinsiplərini ön planda tutmaqla Fransaya təsir etməlidir. Fransa da məhz ədalət və hüquq prinsiplərini ön planda

tutduğunu iddia edərək qərar qəbul etdi. Əgər belədirsə Azərbaycan rahatlıqla bu ölkəni öz prinsipləri ilə üz-üzə qoya bilər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31