Ermənilər jurnalist Fuad Abbasovu öldürmək üçün hərəkətə keçdi - VİDEO
22 Fevral 2019 12:57 SiyasətAzərbaycanlı jurnalist Fuad Abbasov Youtube-dan izləyicilərinə müraciət edib. BAKU.WS xəbər verir ki, jurnalist onunla bağlı ermənilərin hərəkətə keçdiyini və kampaniya aparıldığını söyləyib. Azərbaycanlılarla çeçenlər arasında qalmaqalda vasitəçilik edərək görüşlərin təşkil edilməsinə nail olan jurnalist onun hər an öldürülə biləcəyini açıqlayıb.
Bu videonun onun son videosu ola biləcəyini deyən Fuad Abbasov ermənilərin imza kampaniyası apardığını və onun həbs olunmaq ehtimalı olduğunu əlavə edib.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31