Antalyada Xocalı faciəsinin 27-ci ildönümü qeyd ediləcək
22 Fevral 2019 11:22 SiyasətXocalı faciəsinin 27-ci ildönümü dünyanın əksər ölkələri kimi qardaş Türkiyədə də qeyd ediləcək. "OLAYLAR" xəbər verir ki, qardaş ölkənin əksəriyyət şəhər və vilayətlərində faciə qurbanları anılacaq. Türkiyənin Antalya şəhərində də Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbiri təşkil olunacaq. Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlunun verdiyi məlumata görə, anım tədbiri Antalyanın Elmalı Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutacaq. Təbdirdə sözügedən İctimai Birliyin sədri Şamil Sabiroğlu ilə yanaşı əməkdar həkim Məmməd Nağıyev də iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31