Danimarkada Xocalı qurbanları anılacaq

Danimarka Vətən Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkədə Xocalı faciəsi qurbanlarının anım tədbiri keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a cəmiyyətin sədri Səfər Sadiqi verib. Bildirib ki, anım tədbiri fevralın 24-də  Danimarkanın paytaxtı Kopenhagendə fəaliyyət göstərən Türk Mədəniyyət Mərkəzində baş tutacaq. Anım tədbiri zamanı erməni vandallarının 1992-ci ilin fevralında Xocalıda törətdikləri vəhşiliklərdən bəhs ediləcək, faciəni əks etdirən fotolar nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31