Ramiz Yunus dayısı uşaqlarının verdiyi puldan Azərbaycandakı xaos müxalifətinə göndərir
21 Fevral 2019 17:50 SiyasətBir vaxtlar özünə Ostab Bender ( məşhur "12 stul" filmindəki "moşennik" obrazı) deyən, "hüquq müdafiəçisi" Leyla Yunusun qaynı Ramiz Yunus bu günlərdə paylaşdığı bir videoda deyib ki, Elçibəy hakimiyyəti arxivləri açmamaqda səhv edib. Onun iddiasına görə, əgər arxivlər açılsaydı, indi çox adamların danışmağa dili olmazdı. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən "Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov deyib ki, Ramiz Yunus əslində düz deyir: "Əgər arxivlər açılsaydı ilk növbədə səsi batanlardan biri Ramiz Yunus olacaqdı. Çünki anasının erməni olması təsdiqini tapacaqdı. Amma bu elə hayasız məxluqdur ki, onda da dilini sakit qoymayacaqdı. Amerikadan sığınacaq alanda anasının erməni olduğu üçün Bakıda incidildiyini deyən məxluqdan nə gözləyəsən?. İndi oturub oradan guya Azərbaycan xalqının dərdini çəkir, Azərbaycan Prezidenti haqqında qarayaxma kampaniyası aparır. Dayısı uşaqlarının verdiyi puldan Azərbaycandakı xaos müxalifətinə göndərərək özünü gündəmdə saxlayır. Bütün günü buradakı "vətənpərvərlərlə" (Əli Kərimli, Arif Hacılı, Tofiq Yaqublu və s.) əlaqədədir. İndi baxın, qanında erməni qanı axan birisi ilə bütün günü əlaqədə olan bu "vətənpərvərlər" hamısı millətdən və xalqdan danışır. Buna nə ad verək?
Yeri gəlmişkən, həmin videoda Ramiz Yunus yszıçı Anarın mərhum valideynləri barədə də iftira dolu sözlər danışıb".