Aksiyalara vaxt ayırmaq əvəzində soyqrımı tanımağın hüquqi əsaslarını hazırlamaq üçün işçi qurumu yaradılsın

"Hər il Xocalı soyqrımı günlərində bir neçə yüz nəfərlik aksiyaların keçirilməsinə tərəfdar deyiləm. Nədən? Çünki aksiyalarla soyqrımı qəbul etdirən ölkəyə rast gəlinməyib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev səsləndirib., O, bildirib ki,  soyqrımı qəbul etdirməyin yolu beynəlxalq hüququn soyqrım cinayətlərinin tanınınması haqqında müddəasında açıq və aydın şəkildə tanına bilər: "Orada deyilir. Soyqrımın qəbul edilməsi aşağıdakı formadadır. Ya dövlətin rəsmi və ya qanunverici qurumları etiraf edib bu haqda rəsmi qərar qəbul edir. Yaxud beynəlxalq məhkəmələr və ya yerli ölkələrin məhkəmələri qərar qəbul edir. Aksiyalara vaxt ayırmaq əvəzində soyqrımı tanımağın hüquqi əsaslarını hazırlamaq üçün işçi qurumu yaradılsın, bu qrupa aylıq məvacibi ödənməklə beynəlxalaq ekspertlər , hüquqşünaslar daxil edilsin və bununla birlikdə Beynəlxalq Cinayət Məhkəməsində cinayətkar Ermənstan rejiminə qarşı məhkəmə iddiası qaldıraq və bu məsələnin nöqtəsini qoyaq". DAA sədri deyib ki,  Avropa Komissiyasının yaxud hər hansı beynəlxalq təşkilatın soyqrım tanımaqla hüquqi əsası yoxdur: "Bu günə qədər ölkələrin yerli parlamentləri tərəfindən qəbul olunan ermənilərin soyqrıma məruz qaldığı haqda qəbul etdiyi qeyri qanuni qərarları kimi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31