“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir- ŞƏRH

İlham Əliyev: "Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir"

Sirr deyil ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri bölgənin tərəqqisinə təkan verib. Sözügedən layihələr Azərbaycan xalqının maraqlarına xidmət etməklə yanaşı, ölkəmiz üçün ümumi qarşılıqlı maraqlara əsaslanan geniş regional əməkdaşlığın yaranmasına şərait yaradır. Azərbaycanın təşəbbüsü və təşkiltçılığı ilə reallaşdırılan "Cənub Qaz Dəhlizi" Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişmək gücünə malikdir. Bu, nəinki regionun, bütövlükdə Avropanın iqtisadi çoğrafiyasını, iqtisadi, xüsusilə, enerji xəritəsini dəyişə biləcək çox möhtəşəm layihədir. Qeyd edək ki, bu layihə əsası ötən əsrin 90-cı illərin əvvəllərində qoyulmuş uğurlu neft strategiyasının məntiqi davamı və tərkib hissəsidir. Heç təsadüfi deyil ki, "Cənub Qaz Dəhlizi" layihəsini "Əsrin müqaviləsi" ilə eyniləşdirilir, ona bərabər tutulur. Sözügedən layihə Azərbaycanın regionda və dünyada iqtisadi gücünü artırmaqla yanaşı, siyasi nüfuzunu da artmasına şərait yaradıb. Heç təsadüfi deyil ki, bu gün Azərbaycanın iştirakı və razılığı olmadan regionda heç bir layihə həyata keçirilmir və ya keçirilə də bilməz. Yəni, Azərbaycan artıq sözə, ələ baxan dövlət yox, söz, nüfuz sahibi olan, qərar verən ölkədir. Bu baxımdan, TAP, TANAP kimi layihələr də uğurlu neft strategiyasının, müstəqil Azərbaycan dövlətinin çox uğurlu iqtisadi və siyasi kursunun  məntiqi davamı və təırkib hissəsi sayıla bilər.Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirib ki, Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və əlbəttə ki, Azərbaycanın regiondakı rolu artmaqdadır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni, biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq reallıqdır: "Xatırlayıram ki, 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə "Şahdəniz-2" layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik".

Məlum olduğu kimi 1993-ci ilin iyununda Azərbaycan xalqının təkidli və israrlı tələblərindən sonra ikinci dəfə hakimiyyətə qayıdan ümummilli liderimiz, müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyev tərəfindən çox qısa zamanda uğurlu neft-qaz strategiyasının əsası qoyuldu. Bu strategiyanın da başlanğıcı, bugünkü uğurlarımızın, nailiyyətlətimizin rəhni, şah əsəri sayılan tarixi "Əsrin müqaviləsi" oldu. Bununla Azərbaycan nəinki bölgənin, yerləşdiyi regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm faktorlardan birinə çevrildi. Təsadüfi deyil ki, "TANAP"-ı 21-ci əsrin "Əsrin müqaviləsi" sayırlar. Əgər Azərbaycan 20-ci əsrin sonlarında "Əsrin müqaviləsi" kimi tarixi uğura imza atmışdıqsa, 21-ci əsrin əvvəllərində  heç də ondan geri qalmayan "Cəbub Qaz Dəhlizi" kimi böyük bir uğura imza atdı. Etiraf edilməlidir ki, bunlar hamısı ölkə rəhbərliyinin, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi, uzaq gələcəyə hesablanmış siyasəti nəticəsində mümkün oldu.  Sirr deyil ki, Azərbaycanın imza atdığı hər bir uğur necə böyük qısqanclıqla qarşılanır. Uğurlarımız dostlarımızı sevindirdiyi kimi, əleyhidarlarımızı da bir o qədər qıcıqlandırır, kədərləndirir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın uğurları qarşısına sədd çəksinlər, onu tutuduğu müstəqil siyasətdən uzqalaşıdırsınlar. Ancaq hər dəfə də uğursuzluğa düçar olurlar, Azərbaycan isə qətiyyətlə, uğurdan uğura doğru addımlayır. Ona görə, bir daha qeyd etməliyik ki,  "Cənub Qaz Dəhlizi" də bizim böyük  uğurumuzdur.  Bununla Azərbaycan  regionda, bütövlükdə Avropada və dünyada həm iqtisadi, həm də siyasi cəhətdən öz nüfuzunu, çəkisini daha da artırmış olacaq. Prezident İlham Əliyev əlavə edib ki, bu, nəhəng bir qaz yatağıdır və onun təbii ehtiyatları artıq hasil və ixrac olunur: "Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan 1990-cı illərin sonunda Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. Biz isə ixracımızı mümkün qədər artırdıq və bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə də neft nəql edilir".

Bakıda baş tutan "Cəbun Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin yığncağı öz səviyyəsinə və əhəmiyyətinə görə çox mühüm tarixi tədbir sayıla bilər. Bu toplantının keçirilməsi və sonda məlum Bəyannamənin ortaya qoyulması bir daha "Cənub qaz Dəhlizi" layihəsinin uğurla sonuclanacağından xəbər verir. Bütün açıq-gizli maneələrə baxmayraq, Azərbaycan iştirakçısı və təşəbbüsçülərindən olduğu bu layihəni də uğurla həyata keçirəcək, necə ki, "Əsrin müqaviləsi" yolundakı bütün maneələri səbrlə, mətanətlə dəf etmək mümkün oldu, "TANAP"-la da bağlı eyni səbr, eyni qətiyyət, eyni iradə ortaya qoyulacaq.

Ekspertlər hesab edirlər ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropa ilə Azərbaycan arasında siyasi-iqtisadi telləri möhkəmləndirən çox ciddi hadisədir. Təsadüfi deyil ki, Azərbaycan "Cəbub Qaz Dəhlizi"nin reallaşması istiqamətində göstərdiyi qətiyyəti, iradəsi ilə bir daha özünün regionda və dünyada necə böyük önəm kəsb etdiyini, hansı nüfuz və necə mühüm söz sahibi olduğunu bir daha nümayiş etdirdi. Heç şübhəsiz ki, Azərbaycan bu günə kimi təşəbbüsçüsü və iştirakçısı olduğu layihələri necə uğurla həyata keçiribsə, "Cənub Qaz Dəhlizi" layihəsinin də eynilə o cür uğurla həyata keçirilməsində qətiyyətini göstərəcək. Necə ki, dövlət başçısı İlham Əliyev nazirlərin toplantısında qeyd edib: " Biz Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaq".

Zəka  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31