Mitinqə niyə icazə verilmədi?- ŞƏRH

Təşkilatçılar aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə baxılıb və Milli Şuranın Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib. Bununla bağlı təşkilatçılara məlumat verilib. Şübhəsiz ki, mitinq təşkilatçıları BŞİH-nin bu qərarından maksimum yararanmağa çalışacaqlar. Dünyaya car çəkərək Azərbaycanda sərbəst toplaşmaq azadlığının pozulduğunu bəyan edərək "qrant dozasının" bir az da artıtırılmasına cəhd göstərəcəklər. Yeri gəlmişkən qeyd edək ki, əslində bu qərar radikal müxalifətin xeyrinədir, çünki bununla sözgedən düşərgədə təmsil olunanların maliyyə mənbələri genişlənmiş olur. Bəs, əslində BŞİH-nin belə bir qənaətə gəlməsinə səbəb nədir?

Əvvala onu qeyd edək ki, BŞİH-nin belə bir qərar qəbul edəcəyi gözlənilən idi. Nəzərə almaq lazımdır ki, ölkədə hansısa seçki kompaniyasına start verilməyib, fövqəladə hadisə baş verməyib. Ölkədə sabitlik və əminamanlıq hökm sürür, sosial problemlərin həlli istiqamətində ardıcıl addımlar atılmaqdadır. Müxalifətin son mitinqindən isə heç bir ay keçməyib. Yeri gəlmişkən xatırladaq ki, yanvarın 19 da müxalifətin keçirdiyi mitinqdə ictimai asayişin pozulması, mitinq iştirakçılarının nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanini tələblərinə müqavimət göstərilməsi faktları ilə müşayət olundu. Məlum məsələdir ki, müxalifət belə bir davranışı bilərəkdən sərgiləyirdi. Məqsəd ölkədə qarşıdurma, xaos yaratmaq, sonra isə xaricdəki havadarlarını iqtidarın mitinqi zorla dağıtmaq böhtanına inandırmaq idi. Lakin bütün təxribat xarakterli hərəkətlərə baxmayaraq iqtidar dözümlülük nümayiş etdirərək aksiyanın insidentsiz başa çatmasını təmin etdi. Baxmayaraq ki, təlimatlandırılmış mintinq iştirakçıları hər vəchlə çalışırdılar ki, planlaşdırılmış qarşıdurma baş tutsun. Bunun üçün hətta ictimai nəqliyyatın hərəkəti iflic edilmişdi. Lakin asayiş nəzarətçiləri tərəfindən təxribatın qarşısı alındı, ictimai qaydaları pozan şəxslərilə bağlı araşdırmalar hələ də davam etməkdədir. Mitinqdə baş verən özbaşnalıq deməyə əsas verir ki, aksiya təşkilatçıları belə halların təkrarlanmayacağı batədə üzərlərinə heç bir məsuliyyət götürmürlər və bunda maraqlı deyillər. Belə olan halda BŞİH hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etməməsi təbii qəbul edilməlidir. Çünki, hüquq mühafizə orqanlarının asayişi pozan şəxslərlə bağlı araşdırmasının başa çatmadığı halda növbəti mitinqin keçirilməsi heç bir məntiqə sığmır. Üstəlik belə bir qənaətə gəlməyə əsas yaranır ki, mitinqin təşkiçatçıları hər hansı qanun pozuntusuna yol vetilməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər. Məhz belə bir öhdəlik olmadığından aksiyalar zamanı ictimai asayişin pozulması halları baş verir.

Sirr deyil ki, həm xaricdə fəaliyyət göstərən antiAzərbaycan qüvvələr, həm də onların ölkəmizdəki əlaltıları Azərbaycandakı sabitliyin pozulmasından ötrü ciddi cəhdlə çalışırlar. Bu isə radikal müxalifətin siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmiş ünsürlər olduğunu bir daha təsdiqləyir. Siyasi sistemin autsayderinə çevrilən dağıdıcı düşərgə təmsilçiləri xalqın etimadını doğrultmadıqlarından yenə də xarici qüvvələrə üz tuturlar. Amma bu ünsürlər sadə bir gerçəkliyi dərk etmirlər ki, iqtidar olmaq - hakimiyyətə gəlmək üçün hansısa xarici dairələrdən yox, məhz xalqdan dəstək almaq lazımdır. Azərbaycan cəmiyyətinin nümayəndələrinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi isə bəllidir. Hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran antimilli qüvvələrə necə etimad göstərmək olar? Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, xaricdən maliyyələşən bir qrup var ki, onlar Azərbaycanda sabitliyi pozmaq istəyirlər. Onun sözlərinə görə, həmin məkrli qüvvələr zaman-zaman xaricdən aldıqları tapşırıqları yerinə yetirməklə məşğuldurlar: "Yəni ölkədə sabitliyi pozmaq və ölkəmizin əldə etdiyi uğurlara, nailiyyətlərə kölgə salmağa çalışırlar. Amma onların nə düşünməsindən və etməsindən asılı olmayaraq Azərbaycan dövləti öz uğurlu, parlaq siyasətini davam etdirir. Xalqımız Prezidentimiz tərəfindən aparılan uğurlu siyasətini dəstəkləyirlər və hər zaman əməli fəaliyyəti ilə Prezident İlham Əliyevin yanında olduğunu nümayiş etdirib. Müxalifət düşərgəsini təmsil edən şəxslərin yenidən aksiya keçirmək istəyinə düşməsi onların xarici qüvvələrdən maliyyə vəsaiti alması ilə bağlıdır. Yəni müxaliflər xaricdən pul aldıqlarına görə, onların verdikləri tapşırıqları yerinə yetirməyə çalışırlar. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr bir dəfə də olsun Azərbaycan dövlətinin uğurlu bir siyasətini qeyd edib onu dəstəkləməyiblər. Müxalifət olmaq olar amma dövlətə, xalqa qarşı müxalifətdə dayanmaq olmaz. Demək olar ki, müxalifət yaratdıqları QHT-lər adı ilə xaricdən kifayət qədər maliyyə vəsaiti alırlar və bu maliyyə vəsaitinin də əsas mənbəyi ölkədə qarşıdurma yaratmaq, sabitliyi pozmağa yönəlməyə çalışırlar. Amma istəklərinə nail ola bilməyəcəklər".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31