Radikalların xalqın rifahı naminə atılan addımları öz adlarına çıxmaq xəstəliyi- SİYASİ ŞƏRH

Yaxud başqasının çaldığı havaya oynayanlar

Fəaliyyətləri, həyat tərzləri yalan, şər-böhtan üzərində qurulan radikal müxalifət inidə də yeni bir yalanı, cəfəngiyatı Azərbaycan cəmiyyətinə sıramaq, yedizdirmək istəyir. Bu yalan da ondan ibarətdir ki, guya "Milli Şura"nın 19 yanvar mitinqinin möhtəşəmliyindən qorxuya düşən hakimiyyət təcili bir çox istiqamətlərdə islahatlara start verib. Təbii ki, Azərbaycan cəmiyyəti radikalların bu cəfəngiyyatına inanmır və onlara öz layiqli cavabı verirlər. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, radikal müxalifət yenə öz ampluasındadır. Onun sözlərinə görə, guya ki, 19 yanvar mitinqindən əvvəl ölkəmizdə islahat keçirilmirmiş, guya Prezident İlham Əliyev əvvəllər xalqla səmimi deyilmiş: "İslahatlar ölkə rəhbəri tərəfindən sistemli və ardıcıl şəkildə həyata keçirilir. Uğurları öz adlarına bağlamaq istəyirlər. Bu qədər bədvəxt və yazıqdırlar radikallar.  Müxaliflər, özlərini müxalifət hesab edənlər bu gün öz gözlərində tiri görmürlər. Zamanında etdikləri səhvlərdən nəticə çıxarmayan, hər hansı bir məişət problemini siyasi müstəviyə çıxarmağa cəhd edən, kimlərinsə sifarişi əsasında hərəkət edən bu ünsürlər yenə də öz havasında , özgə ssenarisinin ifasındadırlar. Bu ifada baş rolu almağa can atanlar, söz oyununda çoxdan mənasızlaşanlar , şəxsi mənafe naminə hər oyundan çıxanlardır. Bu oyunbazların bir məqsədi var sabitliyi, əmin-amanlığı pozmaq.  Xalq kimin yanında olmağı və kimin yolunu seçməyi yaxşı bilir. Odur ki, düşünməyin  maskanızın altındakı simalarınızın əsl üzünü tanıyan və görən yoxdur. Bir vaxtlar sizlər hakimiyyətdə olanda bu xalq sizdən o qədər iyrənib ki, bir daha sizi öz rəhbərliklərində görə bilməyəcəklər. Özüdə xalqın içərisindən seçilmiş ziyayılar sizin əxlaqınızı da, tərbiyənizi də yaxşı bilir və bunu deyirlər". Əkrəm Həsənov daha sonar qeyd edib ki, Əli Kərimli özünü Prezident kürsüsündə görür: "Belə ki, ölkə rəhbəri hansı islahatı həyata keçirsə, hansı sərəncamı imzalasa qayıdıb deyir ki, bunu biz elədik. Biz mitinq etməsəydik belə olmazdı. Digər müxaliflər, Əli Kərimlinin trolları da ona baxıb eyni sözü deyirlər. Halbuki ölkə rəhbərimiz ardıcıl, sistemli şəkildə islahat işləri aparır. Əli Kərimli, siz doğrudan da niyəti təmizsinizsə, onda mitinqlər, xalqa yalan sözlər demək əvəzinə təkliflərinizi yazın göndərin Prezidentimizə. Həmin təkliflər Milli Məclisdə müzakirə olunsun və həyata keçirilsin. Siz sadəcə hakimiyyət davası edirsiniz. Bu şəriətlə böyük günah sayılır, biləsiniz. İnsanları uçuruma aparırsız. Yəqin ki, fərqində deyilsiniz". İlahiyyat üzrə fəlsəfə doktoru onu da deyib ki, radikal müxaliflərin xaricdə nə işlərlə məşğul olduğunu özlərinin öz paylaşımından aydın görürük: "Şükr etməliyik ki, cəmiyyətimiz bunlardan təmizlənib. Gör indi bunlar burada nə işlərlə məşğul olurmuş. Hələ hakimiyyətə gəlsələr xalqa necə zülm edərlər. Allaha sığınırıq". Əkrəm Həsənov xaricdə ölkəmizə əleyhinə fəaliyyət göstərən gənclər, eləcə də sabiq səfir Arif Məmmədovun da fəaliyyətini qınayıb: "Arif Məmmədov görən niyə bu qədər Əli Kərimlini dəstəkləyir? AXCP mətbəxinə yaxından bələd olan mənbədən aldığımız məlumata görə Əli Kərimli Arif Məmmədovu əmin edib ki, hakimiyyətə gələcəyi təqdirdə onu xarici işlər naziri təyin edəcək. Təki o, Avropada Əli Kərimlinin maraqlarını müdafiə etsin. Arif Məmmədovu Qənimət Zahid vasitəsilə nəzarətdə saxlayan Əli Kərimli eyni vəzifəni partiya daxilində başqalarına da söz verib və onları əmin edib ki, Arif Məmmədova vəzifə vədi sadəcə taktiki gedişdir. Xaricdəki radikal dəstələrin Azərbaycana qarşı təxribatçı çıxışlarının arxasında isə maddi maraqlar durur. Bu, artıq heç kimə sirr deyil. Nəhayət, müxalifətçilərin özləri bir-birilərini ifşa edərək, deyilənlərin həqiqət olduğunu təsdiqləyirlər. Belə ki, Avropa ölkəsində məskunlaşmış Qurban Məmmədovun "Youtube" kanalındakı canlı yayımında başda Tural Sadıqlı olmaqla bəzi radikalların saxta mühacir biznesilə məşğul olduğuna dair fikirlər səsləndirilib. Bu canlı yayımdan sonra AntiAzərbaycan qüvvələrinin "pul davası" mövzusu yenidən gündəmə gəlib. Məhəmməd Mirzəli adlı Avropada oturan bir şəxs isə facebookda canlı yayıma qoşulub deyir ki, bir xanım var Almaniyadan ona 100 avro pul verib.  Onu göndərim kimsə burden, Bakıda kimsə mitinqə getsin. Sən dedin hamı inandı. Düzü bəlkə çox göndərib. Amma sən onun hamısını mənimsəyib, birini bura göndərirsən. Kimi dolamaq istəyirsənsə onsuz da alınmır. Sənə inanan yoxdur. Çünki, indiyə qədər doğru heç nə deməmisən. Bunun videosunun aşağısından da biri şərh yazıb ki, belə pul göndərənsənsə mitinq əvəzinə çörək almağımıza pul göndər. Bax mən də müxaliflərə bunu demək istəyirəm ki, ay qanmazlar, mitinqlərə xərclədiyiniz o pulları kasıblara, fəqirlərə, ehtiyacı olanlara xərcləyin, savab qazanasız. Belə yalançı gədələrə inanmaqla əslində özünüzü təhlükəyə atmağınızın fərqində deyilsiz".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31