Deputatımız MDB PA-nın tədbirinə qatıalacaq
20 Fevral 2019 14:24 SiyasətMilli Məclisin deputatı Sabir Haciyev fevralın 21-də Moldova Respublikasının paytaxtı Kişineu şəhərinə səfərə gedəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, millət vəkili Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçi missiyasının tərkibində Moldovada keçiriləcək parlament seçkilərini izləyəcək. Sabir Haciyev, həmçinin, Xocalı soyqırımı ilə əlaqədar burada keçiriləcək tədbirdə iştirak edəcək. Deputatımız toplantı iştirakçilarına bu faciə barədə ətraflı məlumat verəcək, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlərdən danışacaq.Səfər fevralın 26-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31