Özbək şirkətlərinin nümayəndələri ilə görüş keçiriləcək
20 Fevral 2019 14:10 SiyasətÖzbəkistan Respublikasından inşaat, tikinti sektorundan olan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 21 fevral 2019-cu il tarixində Landmark-da, 90 A Nizami ünvanında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə özbək şirkətlərinin nümayəndələri ilə görüş planlaşdırılır. ASK-dan "Olaylar"a verilən məlumata görə, görüş əsnasında "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi", Azexport və rəqəmsal ticarət haqqında təqdimatlar müzakirə olunacaq. Tədbirdə təcrübə mübadiləsi üçün imkan yaradılacaq.