Əli Kərimlinin köhnə adəti- Təhlil

Yaxud xalqa yalan danışmaq məharəti

Atalar yaxşı deyib.  "Qozbeli qəbir düzəldər". Yaxud nə qədər etikadan kənar çıxsa da "İt hürər, karvan keçər". Sanki hər iki misal bu günümüz üçün deyilib, zamanında atalarımız bu günkü vəziyyəti görərək bu deyimləri dilə gətiriblər.  Söhbətin nədən və kimdən getdiyinin yəqin fərqində olarsınız. Azərbaycanın radikal siyasi düşərgəsindən, onun "Milli Şura" adlanan qanadı və ona liderlik edən Əli Kərimlidən.  İyirmi ildən artıqdır ki, hakimiyyət sevdası ilə alışıb-yanan bu müxalifət lideri yanğısını söndürmək üçün bu vaxta qədər nələrə əl atmayıb. Sivil siyasi mübarizədən başqa bütün mümkün vasitələrdən istifadə edib ki, 90-cı illərin əvvəllərində cəmi 1 ilə yaxın yaşadığı eyş-işrəti yenə yaşasın. Yenə hakimiyyətdə oturub siyasi səriştəsizliyi, bacarıqsızlığı ucbatından Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsi ilə baş-başa qoysun.

Qeyd etdiyimiz kimi Əli Kərimli və onun yaxın ətrafında təmsil olunan radikallar bu günə kimi bir çox oyunlardan çıxıblar.  Ölkədə siyasi gərginlik yaratmaq istəyindən, bu istiqamətdəki fəaliyyətlərindən tutmuş, milli-mənəvi dəyərlərə qarşı çıxmaq, məhz onların hakimiyyətə gəlməsi üçün canlarını fəda etmiş şəhid oğul və qızlarımızın ruhuna hörmətsizliyə qədər, xüsusilə dövlətə, dövlətçiliyə zərbə vurmaq kimi fəaliyyətlərinə kimi hər cür üsul və vasitələrdən yararlanıblar. Lakin hər dəfə də onların fəaliyyətləri, məkirli planları bumeranq effekti verib. Buna baxmayaraq Kərimli və tərəfdarlarının dövlətçilik əleyhinə fəaliyyətləri davam edib və bu gün də radikal siyasi düşərgə eyni oyunu oynayır. Çünki xaricdəki antiAzərbaycan qüvvələrin  Kərimli və tərəfdarlarına sifarişi bundan ibarətdir. Elə cari ilin ilk ayından "Milli Şura" adlanan qurumun yenidən xaos, anarxiya yaratmaq istəyi ilə etiraz aksiyalarına start verməsi də həmin sifarişin tərkib hissəsidir. Baxmayaraq ki, hələ keçən ilin sonlarından radikallar aldıqları sifariş əsasında 19 yanvar aksiyasına ciddi cəhdlə hazırlaşır və sosial şəbəkələrdə mitinqə çağırışlar edirdilər, lakin nəticə heç də əvvəlki aksiyalardan fərqlənmədi və yenə də Azərbaycan cəmiyyəti Kərimli tərəfdarlarına dəstək nümayiş etdirmədi.

19 yanvar uğursuzluğundan nəticə çıxarmayan Əli Kərimli yenidən mitinq keçirmək niyyətinə düşüb. Ənənəvi olaraq xalqa yalan danışan, onu aldadan Əli Kərimli indi də bir neçə gün sonra keçirəcəkləri aksiyaya daha çox adam cəlb etmək üçün cəmiyyəti aldatmaqla məşğuldur. Əslində, bu Kərimlinin köhnə peşəsidir və bəzi şeylərə tövbə olmadığı kimi Əli Kərimlidə xalqı aldatmaq məsələsində tövbə yoxdur.

Əli Kərimlinin yalanları, xalqı aldatmaq metodologiyasına diqqət edək. AXCP sədri iddia edir ki, onların yanvarın 19-da keçirdikləri aksiya öz möhtəşəmliyi ilə nəinki Azərbaycana, hətta dünyaya səs salıb. Və hakimiyyət də bu aksiyadan guya bərk təşvişə düşüb. Birincisi, Kərimli hansı möhtəşəmlikdən danışır ki, 19 yanvar mitinqində heç 3 min nəfərə yaxın adam iştirak etməyib. "Milli Şura"nın sözügedən aksiyasında cəmi 2800 nəfər iştirak edib ki, onun da müəyyən bir hissəsi asayiş keşikçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri olub.  Əgər onları da çıxsaq əldə edilən nəticə ondan ibarət olar ki, radikalların son aksiyasında da inların cəmi 1000-1500 tərəfdarı iştirak edib. "Milli Şura" adlanan qurumda onlarla siyasi təşkilatın təmsil olunduğu iddiasına inansaq, o zaman hər təşkilatın heç 100 nəfər belə adam cəlb edə bilmədiyi reallığı ortaya çıxar.

İkincisi, Kərimlinin iddiasına görə, 19 yanvar mitinqi həm ölkə daxilində, həm də ondan kənarda böyük əks -səda doğurub.  Ancaq qəribəsi odur ki, heç bir xarici ölkə televiziyası Kərimlinin iddia etdiyi kimi 19 yanvar mitinqi barədə bir kəlmə belə söz açmayıb. Yalnız AXCP liderinin Avropadakı əlaltıları bu mitinq barədə avropalılara məlumat yaymağa çalışsalar da, bu da nəticə verməyib.  Eyni zamanda 19 yanvar aksiyası Azərbaycan vətəndaşı üçün də maraqsız olub. Əks təqdirdə xalq "Məhsul" stadionuna gedərək radikalların "oyununa2 tamaşa edərdi. Göründüyü ki, cəmiyyət üçün radikal siyasi düşərgənin hətta şoumenliyi belə maraqlı deyil. Ona görə də ona dəstək vermir. Digər tərəfdən əgər Kərimlinin iddia etdiyi kimi 19 yanvar mitinqi dünyaya səs salıbsa, o zaman "Milli Şura"nın mitinqində nə üçün Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasətidnən danışılmadı, bu ölkənin cəzalandırılması radikallara arxa olan bəzi beynəlxalq təşkilatlardan, elə sivil dünyanın özündən tələb edilmədi. Məgər Dağlıq Qarabağ problemi yalnız hakimiyyətə aiddir, yalnız dövlət başçısı Cənab İlham Əliyev bu problemlə məşğul olmalıdır? Bəs sizlərdə olan vətənpərvərlik hissi harda qalıb? Əslində sözügedən qüvvələrdə hansısa vətənpərvərlik hissinin olduğundan da danışmaq yersizdir. Ən azı 2016-cı ilin aprel döyüşləri ərəfəsində cərəyan edən proseslər bunu sübut etdi. Həmin ərəfədə Kərimli başda olmaqla radikalların bəzi nümayəndələrinin erməni saytlarının, kütləvi informasiya vasitələrinin ulduzuna çevrilməsi və Ordumuzun əleyhinə yönəlik fikirlər səsləndirmələri hər kəsə məlumdur. Ona görə də belə antiAzərbaycan mövqeli insanlardan vətənpərvərlik hissi də gözləmək absurddur.

İndi keçək Əli Kərimlinin hakimiyyətin 19 yanvar mitinqindən qorxması və dövlət başçısının bundan dolayı bir sıra sərəncamlar imzalaması iddiasına. Əvvəla hakimiyyətin 2800 nəfərdən qorxması gülünc bir iddiadır. Deyəsən Əli Kərimli AXC-Müsavat hakimiyyəti ilə YAP hakimiyyətini dəyişik salıb. Xalq kütlələrindən qorxan yalnız cəbhəçilərdir ki, 1993-cü ildə Gəncədə əhali sosial tələblə ayağa qalxanda Bakıdakı cəbhəçilər gizlənməyə yer axtarırdılar. Və, o zaman qiyamçı polkovnik Sürət Hüseynov Hacıqabula çatmamış həmin cəbhəçilərin hərəsi canlarını qorumaq üçün bir tərəfə qaçdı. Mitinqə iştirak edən 3 minə yaxın insan isə heç də Azərbaycan xalqı demək deyil. Çünki Azərbaycan xalqının mövqeyi radikalların mövqeyi ilə eyni deyil. Xalq birmənalı olaraq mövcud hakimiyyəti, mövcud sabitliyi vəı mövcud inkişafı dəstəkləyir. Kərimlinin ölkəyə gətirmək istədiyi xaos, anarxiyanı yox.

Nəhayət, dövlət başçısının son günlər imzaladığı bir sıra fərman və sərəncamlara gəlincə, bütün bunların Kərimlinin iddiaı etdiyi kimi 19 yanvar mitinqi ilə heç bir bağlılığı yoxdur. Radikallardan fərqli olaraq dövlət başçısını hər zaman xalqın sosial rifah halının yaxşılaşdırılması. Insanların yaxşı yaşaması düşündürür və Cənab Prezident daima bu istiqamətdə addımlar atır. Ona görə də yuxarıda eyd etdiyimiz kimi "it hürər, karvan keçər".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31