Deputat: “Tarixin arxivinə atılmış liderciklər zühur edib, gəncləri öz siyasətlərinin qurbanına çevirmək istəyirlər”
19 Fevral 2019 15:02 Siyasət"Keçən əsrin 90-cı illərində özlərini "lider" hesab edən və tarixin arxivinə çevrilən liderciklər yenidən zühur edərək aktivləşməyə başlayıblar". Olaylar" xəbər verir ki, bunu millət vəkili İlham Məmmədov parlamentdə "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib: "Zühur edən bu liderciklər gəncləri hədəf seçərək, onları öz siyasətlərinin qurbanına çevirmək istəyirlər. Ancaq gənclər onların bu siyasətinin qurbanı olmaq istəmir. Bu gün Azərbaycan gəncliyi dövlət quruculuğunda yaxından iştirak edir. Ölkə başçısının həyata keçirdiyi kadr islahatlarında gənclərə xüsusi önəm verir, onlara etimad göstərərək, yüksək vəzifələrə təyin olunurlar. Bundan əlavə olaraq ölkədə keçirilən beynəlxalq tədbirlərin təşkilatçıları gənclərdir. Belə demək mümkünsə gənclər bu gün Azərbaycan dövlətinin aparıcı qüvvəsinə çevrilib"