Deputat: “Azərbaycanı Suriyaya çevirmək istəyirlər”

"Azərbaycan inkişaf etdikcə və yeni-yeni uğurlar əldə etdikcə ölkəmizin bu inkişafını gözü götürməyən qüvvələr qarayaxma kampaniyasına başlayırlar". "Olaylar"  xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentin iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, prezidentin köməkçisi Əli Həsənovun dediyi kimi bir çox qüvvələr Azərbaycanın inkişafını gözü götürmədiyindən, ölkəmizdə xaos yaradıb, sabitliyi pozmağa cəhd edirlər: "Bu qüvvələr Azərbaycanda sabitliiy pozaraq  Suriyaya çevirmək istəyirlər. Lakin buna yol vermək olmaz. Digər tərəfdən xalq onları dəstəkləmir və ölkə başçısının ətrafına sıx biləşiblər. Bunu ölkə başçısının son günlərdə respublikanın müxtəlif bölgələri səfəri  sübut edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31