"Yüksək Səviyyəli İşçi qrupun növbəti iclası yaxın aylarda keçirilməlidir" İqor Bratçikov

"Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun növbəti iclası yaxın aylarda keçirilməlidir". Bunu jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqları üzrə səfiri İqor Bratçikov deyib.

"İlk növbədə, beşinci Xəzər Sammitində qəbul edilmiş qərarların necə həyata keçirildiyini müzakirə etməliyik. İkincisi, hələlik ümumi planda, ərazi sularının və balıqçılıq zonalarının bölünməsinin bilavasitə asılı olacağı Xəzər dənizində birbaşa çıxış xətlərinin cızılması üzrə razılaşmaya yanaşmalarla bağlı fikir mübadiləsi aparılmalıdır. Burada tərəflər öz baxışlarını təqdim edəcəklər və nəhayət, qaydaları-prosedurları razılaşdırmalıyıq. Çünki İşçi qrupu birilliyə yox, Konvensiyanın qüvvədə olduğu müddətə yaradılır. Odur ki, onilliklər və daha uzun müddət ərzində İşçi qrupun ritmikliyi qaydaları necə işləməyimizdən asılı olacaq", - İ.Bratçikov bildirib.

Qeyd edək ki, bu gün Bakıda Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31