Milli Şura bu dəfəki mitinqini hansı sabiq oliqarx məmurla müzakirə edib?
18 Fevral 2019 16:37 SiyasətƏnənəvi uğursuzluqlarından nəticə çıxarmayan radikal siyasi düşərgə yenidən etiraz aksiyası keçirməyi qərarlaşdırıb. Yenə də mitinqə bir xeyli vaxt qalmasına baxmayaraq sosial şəbəkələrdə aksiyaya çağırışlar edilir, bu dəfəki mitinqin daha möhtəşəm və geniş xalq kütlələrinin iştirakı ilə keçiriləcəyi iddia olunur. Onu da qeyd edək ki, hər mitinq öncəsi onun əsas təşkilatçılarından olan Əli Kərimli və yaxın ətrafı sosial şəbəkələrdə anoloji oyunlardan çıxırlar. Və hər dəfə də ümidlər puça çıxır və cəmiyyət Milli Şuranın aksiyasına dəstək vermir. Elə bu dəfə də eyni nəticənin olacağı istisna edilmir. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da hesab edir ki, Əli Kərimli və tərəfdarları bu dəfə də məyus olacaqlar və Azərbaycan xalqı hər zaman olduğu kimi növbəti aksiyada da radikallara dəstək nümayil etdirməyəcək: "Milli Şura yenə mitinq keçirmək niyyətindədir. Azsaylı və azyaşlı tərəfdarlarını "Məhsul" stadionuna yığmağa tələsən Əli Kərimli növbəti aksiyanı fevralın 23-nə təyin edib. Radikalların mitinqinə icazə verilib-verilməyəcəyi hələ sual altındadır. Buna baxmayaraq, Milli Şuranın faktiki rəhbəri olan Kərimli indidən hazırlığa başlayıb, sosial şəbəkələrdə adam toplamaq üçün təbliğat aparır. Mitinqin keçirilməsinə müxtəlif bəhanələr var. İndi də kredit borclarını silmək istəyirlər ki, guya kreditlə borc içində üzən müxaliflər mitinqlərin aktivliyini daha da artırsınlar. Bu da deyəsən işə yaramayacaq". Əkrəmj Həsənov qeyd edib ki, müxaliflər bir qayda olaraq hər dəfə mitinq keçirmək üçün özlərindən "qəhrəmanlar" uyudurub onları bəhanə gətirirlər: "Bir ara "qəhrəman" qismində Mehmanı qızışdırdılar və yalandan onun haqqında səs-küy saldılar ki, guya Mehmanı inicidirlər və bu səbəblə mitinq edirik. İndi də ekstremist, üsyankar, təkfirçi fikirli biri olan "hacı" Tale Bağırzadə adlı şəxsi "qəhrəman" kimi təqdim edib onu aclıq etməyə təşviq edirlər. Eyni zamanda bunu bəhanə kimi istifadə edib mitinqə çıxmağa çalışırlar. Bütün bunlar kənardan baxanda həqiqətən də gülünc görünür". Əkrəm Həsənov deyib ki, müxalifətin bu dəfəki "qəhrəman"ı Azərbaycanda din pərdəsi altında iğtişaşlar törətməyə çalışan xarici agent, hazırda həbsdə olan Hacı Taleh Bağırzadə olacaq. Çnüki onunadını tez-tez hallandırırlar: "Son vaxtlar onun gündəmə gəlməsi və gətirilməsi üçün ardıcıl cəhdlərin şahidi oluruq. Guya o, həbsdə "aclıq aksiyası keçirir, təzyiqlərə məruz qalır". Bunu əsas tutan Kərimli sosial şəbəkələrdə daha çox dini təbəqəyə yönəlik paylaşımlar etməklə, onları öz alətinə çevirməyə çalışır. Məqsəd isə təbii ki, mitinqə daha çox adam toplamaqdır. Onun bu əməli da faş oldu".
Onu da qeyd edək ki, Milli Şura hələ bir neçə gün əvvəl aksiya keçirmək istəyirdi. Lakin adıçəkilən qurum daxilində ortaq fikirin əldə edilməməsi səbəbindən mitinqin ertələndiyi bildirilir. Əkrəm Həsənov deyib ki, artıq Milli Şuranın mitinqinin gecikməsinin səbəbləri məlum olub. Onun sözlərinə görə, Milli Şuranın sədri Cəmil Həsənli yanvar ayının sonunda Fransada səfərdə olan zaman hakimiyyətdən narazı olan, əmlakının müəyyən hissısini itirmiş, hazırda Qərb ölkələrindən birində məskunlaşmış oliqarxlardan biri ilə görüşüb. Elə mitinqin ertələnməsi də əldə edilmiş razılıqla bağlı olub: "Bu razılaşmaya görə, həmin oliqarx müxalifətin birgə aksiyalarına maliyyə və informasiya dəstəyi verməyə razı olub. Amma əsas şərt müxalifətdaxili inteqrasiyanın davamlı xarakter alması, dindarlara imtiyazlı şəraitin yaradılmaması, eyni zamanda mitinqin kütləviliyinin (azı 20 min nəfər) təmin edilməsi və razılaşdırılması ilə bağlıdır. Cəmil Həsənli bu şərtləri AXCP-nin sədri Əli Kərimli və Milli Şuranın digər rəhbərliyi ilə müzakirə edib. 19 yanvar mitinqindən sonra REALın kütləvi aksiya təcrübəsindən hazırkı mərhələdə imtina etməsi, Qarabağ komitəsi daxilində ziddiyyətlərin kəskinləşməsi, eləcə də şiəyönlü dindarların üstün təmsilçilik tələb etməsi oliqarxla Milli Şura arasında əldə edilmiş razılığın şərtlərinə əməl edilməsində çətinliklər yaradıb. Bunu nəzərə alaraq Milli Şura kütləviliyin təmin edilməsi üçün kredit borclarının silinməsi tələbini gündəmə gətirib və belə narazı kütləni aksiyaya cəlb etmək fəaliyətini gücləndirib. Milli Şuranın hazırda əsas problemi İranyönümlü şiə dindarlarının təsirinin məhdudlaşdırılması, xüsusən dini şüarların səsləndirilməsinə yol verilməməsi ilə bağlıdır. Bu baxımdan bu düşərgənin bəzi təmsilçilərinə (Eldəniz Quliyevin timsalında) dövlət orqanları ilə ictimaiyyətdən gizli danışıqlar aparmaq səlahiyyəti verilib. Hazırda Tale Bağırov və digərlərinin aclığı dayandırması bu danışıqların ilkin pozitiv nəticəsidir. Milli Şura rəhbərliyinin digər güzəşti fəal dindarların qısa müddətli həbslərinə etiraz etməməsi ilə bağlıdır. Buna görə də növbəti mitinqin tarixi Avropadakı oliqarxın tələblərinə əməl etdikdən sonra açıqlanıb".
S.İsmayılbəyli