AntiAzərbaycan qüvvələri çirkin planlarını işə salıblar

Azərbaycan və çeçen xalqları arasında nifaq toxumu səpmək istəyən qüvvələr  fəallaşıblar

Moskvadakı "Neolit" kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident heç şübhəsiz ki, maraqlı qüvvələr tərəfindən şişidrdilərək ictimailəşdidirilməyə şəhd edilir. Məlumata görə, ermənilər sosial şəbəkələrdə müxtəlif adlarla Azərbaycan və Çeçen xalqlarına qarşılıqlı ittihamlarla dolu məlumat yaymaqla məşğuldurlar.  Sözügedən aksiyaya Ermənistandan olan siyasətçilr və deputatların da qoşulduğu bildirilir. Lakin bu aksiyanın hansısa bir nəticə verəcəyi inandırıcı görünmür. Elə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  da qeyd edib ki, məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Prezidentin köməkçisi deyib: "Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxmışdır və nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə əsrlər ərzində formalaşmış ortaq tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmişə qorumağa çalışır".

Vəkil Rövşən Qasımov  qeyd edib ki,  Azərbaycan və  Çeçen xalqlarını təxribatlara çəkmək, iki qardaş xalq arasında nifaq toxumları səpməyə imkan vermək olmaz: "Azərbaycan və Çeçen xalqları arasındakı qardaşlıq və dostluq münasibətlərinin qədim tarixi vardır. Tarixən xalqlarımız çətin gündə bir birinə arxa durmuşlar, Çeçen -Azərbayacan xalqları arasında qardaşlıq münasibətləri tarixin sınaqlaından çıxıb. Hazırda da  respublikalarımız arasında da geniş əlaqələr mövcuddur. Rusiya çoxmillətli dövlətdir, burada yaşayan xalqlar öz dillərini, mədəniyyətlərini qoruyub inkişaf etdirirlər. Rusiyada yaşayan azərbaycanlılar da digər xalqlar kimi həmişə öz milli mədəni hüquqlarından tam istifadə edə bilirlər. Biz soydaşlarımızı, qardaş çeçen və Rusiyada yaşayan digər xalqların nümayəndələrini bu ölkədəki multikultural mühitdən, yaradılmış şəraitdən xoş məramlar, xalqlararası dostluğun inkişafına töhfə verəcək məqsədlər üçün istifadə etməyə, belə xoşagəlməz insidentlərə yol verməməyə və bu cür halların qarşısının alınmasındam ötəri üzərimizə düşən bacardığımız hər bir hərəkəti etməyə dəvət etməliyik".

Onun sözlərinə görə,  Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar:  "Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxmışdır və nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin noyabr ayında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə əsrlər ərzində formalaşmış ortaq tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmişə qorumağa çalışır. AntiAzərbyacan və Azərbaycana düşmən münasibətində olan xalqlar bu münasibətlərin  yüksələn xətt üzrə inkişafını qəbul edə bilmirlər. Ona görə də, tarixi qardaşlıq ənənələrinə malik olan iki xalq arasında soyuqluq yaratmaqla, bizlər arasına soyuqluq salmaqla hər iki xalqa zərbə vurmaqla , Azərbaycan-Çeçen xalqlarına  olan düşməni münasibətlərini həyata keçirmək istəyirlər. Belə ki, Azərbaycanla Rusiya və Çeçenistan arasında gündən-günə inkişaf edən bütün sahələrdə əməkdaşlıq əlaqələrinin həm də ölkəmizin Şimali Qafqaz respublikaları, o cümlədən Çeçenistanla əməkdaşlığının möhkəmlənməsini antiAzərbaycan və antiÇeçen qüvvələri həzm edə bilmirlər. Onlar aramızda gündən günə möhkəmlənən qardaşlıq bağlarını qəbul edə bilmirlər. Ağır günlərdə iki qardaş dost xalqların bir arada olmasını görmələri və bu əlaqələrin hər gün inişaf etməsi onların işinə yaramır. Bu hadisələrin Azərbaycan-Çeçen xalqlarına heç bir aidiyyatı ola bilməz. Bu hadisələrin ssenarisi bir mərkəzdən hazırlanmaqla idarə olunmasına cəhd edilmişdir. Lakin iki xalqın nümayəndələri hər iki tərəfdən bu hadisələri pisləyir və belə bir hadisələrin iki xalqın qadaşlıq və dostluğuna kölgə sala bilməyəcəklərini bildirilər. Bizlər birlikdə daha güclü və daha arxalı oluruq. Bizim bir birimizə arxa çıxmağımız bizim məğlubedilməzliyimizin qarantıdır. Bəzən müəyyən proseslərin içərisində şəxsi xarakterli intriqalar, yaxud insidentlər baş verə bilir. Amma bunu bir-birinə qardaş olan iki xalq arasında düşmənçilik amilinə çevirmək qətiyyən mümükün deyil və yolverilməzdir".

Onun sözlərinə görə, bu hadisə Azərbaycan-Çeçenistan qardaşlığına dostluğuna heç bir zərər verə bilməz: "Bu cür qabaqcadan hazırlanmış hadisələr münasibətlərimiz daha da möhkəmləndirəcək və bizləri ayıq- sayıq olmağa sövq edəcək. Biz anlayırıq ki, bu cür insidentləri törədənlər bizim xalqların dostluq və qardaşlıq münasibətlərini istəməyən qüvvələrdir. Bizim qardaş Çeçen xalqı ilə heç bir problemimiz yoxdur və onların da Azərbaycan xalqı ilə problemləri yoxdur və ola da bilməz. Ən ağır vaxtlarında Çeçen xalqına dəstək verən və öz məhəbbətini bildirən azərbaycanlılar olub. Çeçenlər Qarabağ müharibəsində Azərbaycanlılara dəstək veriblər. Bizlər bunu unutmamalıyıq və bu qardaşlığı bundan sonra da davam etdirməli, bizi sevməyən əksimizə olan qüvvələrə, onların bizim qardaşlığımız qarşısında aciz olmasını sübut etməliyik" .

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31