"Ermənilərə nifrət edənlər üçün erməniyəm" - Saakaşvili

" Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili etnik mənsubiyyəti araşdıran genetik testdən keçib.

Olaylar.az bildirir ki, sabiq prezident bu barədə şəxsi "Facebook" hesabında məlumat verib.

Paylaşımda qeyd olunub ki, "Məndə bir damla da olsun qeyri-gürcü qanı yoxdur. Mən 99 faiz gürcü,1 faiz yunan qanına malikəm. Əlbəttə ki, bütün qonşularımıza hörmət edirəm. Gürcüstanın istənilən etnik mənsubiyyətə sahib vətənpərvərlərini də sevirəm. İndi məni digər etnosa aid edənlər qoy genetik testdən keçsinlər. Mən bir neçə dəfə təkrar etmişəm ki, ermənilərə nifrət edənlər üçün erməni, azərbaycanlılara nifrət edənlər üçün isə azərbaycanlıyam. Yəhudilərə nifrət edənlərə qarşı yəhudi olacağam və eyni zamanda, hamıdan daha çox gürcü olmaqda davam edəcəyəm", - deyə Mixail Saakaşvili bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31