"Məmmədyarovla salamlaşmaq kimi problemimiz yoxdur" - Erməni nazir

"Biz ayrıca görüş planlaşdırmamışıq. Amma dəhlizdə görüşə bilərik, bizim nazir Məmmədyarovla görüşmək və salamlaşmaq kimi problemimiz yoxdur".

Rusiya mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.

Onun sözlərinə görə, iki ölkənin XİN rəhbərləri arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirmək üçün ayrıca görüş planlaşdırılmayıb.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31