Çeçenlərlə azərbaycanlılar arasındakı insident təxribatdır - Açıqlama
17 Fevral 2019 15:36 SiyasətMoskvada çeçenlərlə azərbaycanlılar arasında baş verən insident təxribatdır və mən bu cür təxribatlara uymamağa çağırıram.
Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zəlimxan Hüseynov bildirib. O, hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağıraraq deyib:
"Hörmətli qardaşlar, bu cür təxribatlara uymayın. Çünki bu hərəkətlər İslamın bütün normalarına ziddir. Mən Azərbaycanda sərbəst güləş üzrə millinin böyük məşqçisiyəm. Hər kəsi bir-birinə hörmət, səbr və qarşılıqlı anlaşma göstərməyə çağırıram".
Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində münaqişə olub. Hadisə yerinə gələn polis əməkdaşları 18 nəfəri saxlayıb.
Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31