“Maps.me” şirkətindən Azərbaycana qarşı böyük təxribat - FOTO
15 Fevral 2019 12:48 SiyasətMəşhur "maps.me" offlayn xəritədə Azərbaycan əraziləri Dağlıq Qarabağ Respublikası kimi göstərilib.
Xəritədə Dağlıq Qarabağın ayrıca Respublika kimi qeyd olunması Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır.
Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini xəritədə düzgün göstərməyən "maps.me" beynəlxalq hüquq normalarını kobud şəkildə pozub.
Məsələ ilə bağlı BAKU.WS Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
Qeyd olunan məsələnin diplomatik kanallar vasitəsi ilə həll olunmasına dair Xarici İşlər Nazirliyinə də müraciət olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31