Deputatlarımız Avstraliyaya səfər edəcəklər
15 Fevral 2019 11:19 SiyasətMilli Məclisin Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə fevralın 15-də Avstraliyanın Sidney şəhərinə səfər edəcəklər. MM-dən "Olaylar"a daxil olan məlumata görə, deputatlarımız səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, Azərbaycanla Avstraliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı barədə məsələləri müzakirə edəcək, qanun yaradıcılığı ilə bağlı təcrübələrini bölüşəcəklər. Səfər fevralın 27-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31