Fələstin səfiri DİP-in qonağı olub
14 Fevral 2019 15:25 SiyasətDemokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimlə görüşüb. Bu barədə pariyanın mətbuat xidmətidən "Olaylar"a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Fələstin münasibətləri, Yaxın Şərqdəki vəziyyət, İsrail-Fələstin münaqişəsinin həlli perspektivləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib. Asim Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
A.Mollazadə həmçinin USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. DİP-in qərargahında keçirilən görüşdə USAİD-in Azərbaycan missiyasının rəhbəri cənab Ceydef Sinqx və USAİD-də layihə rəhbəri Pərviz Musayev iştirak edib.