"Xarici siyasətimiz qüsursuz fəaliyyət göstərir” ÖZƏL-MÜNASİBƏT
13 Fevral 2019 17:02 SiyasətPrezidentin Real TV-yə müsahibə zaman "kim güclüdür, o da haqlıdır" məhşur deyimə müraciət etməsi günün reallığını əks etdirir. Güc faktoru siyasətdə hər zaman birinci yerdə olub və bu gün də belədir. Məhz fövqəlgüclərin birbaşa diqtəsi və iştirakı ilə dünyada ən böyük iqtisadi layihələr həyata keçirilir. Onların şəxsi maraqları əsasında dünyanın xəritəsi müəyyən edilir, müharibələr baş verir və ya konfliktlər durdurulur". Bunu politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, müstəqilliyini yeni qazanmış Azərbaycan baş verən hadisələrin episentrinə düşməsi bizim durumumuzu bir qədər çətinləşdirdi: "Çoxlu karbohidrogen ehtiyatlarına malik olan bir ölkə kimi güclü dövlətlərin maraq dairəsindəyik. Torpaqlarımızn 20 faizinin işğal olunaraq Ermənistan adına yazılmasının səbəblərindən biri də bu faktordur. Erməni məkri bu maraqlarla üst -üstə düşməsə idi, onlar bizdən bir qarış da olsa torpaq ala bilməzdilər. Əksinə biz həqiqəti bərpa edərək tarixi torpaqlarımızı - İrəvan xanlığının ərazilərini geri almaq gücündəyik. Prezidentin bu bəyanatında iki mesaj duyulur. Birinci mesajda dövlət başçısı Azərbaycan artan hərbi qüdrətini dünya ictimaiyyətinə çatdırır. İkinci mesaj isə bizi torpaqlarımız günü sabah azad etmək əməliyyatlarımızdan çəkindirən "güc" faktorunun olmasını qeyd edir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan milli maraqlarımıza uyğun xarici siyasət aparır. Bu nöqteyi-nəzərdən xarici siyasətimiz qüsursuz fəaliyyət göstərir".