“Paşinyanın açıqlamaları vaxtı udmaqdan başqa bir məsələ deyil”

Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi bəyanatlar ona görədir ki, iqtisadi reformalar baş tutmadıqca "Qarabağ kartı"ndan yenə istifadə olunur. Bu məlum məsələdir".

Bu fikirləri A politoloq Arzu Nağıyev deyib. 

O bildirib ki, Paşinyanın əvvəllər mitinqdə əhaliyə söz verdiyi korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsinin həlli, iqtisadi islahatlar və digərlərini yerinə yetirməyinin vaxtı çatıb: "İqtisadi islahatlarla bağlı nə qədər böyük paket hazırlansa da həmin o nəticəni vermir. Buna görə də kart kimi Dağlıq Qarabağ münaqişəsinin həllindən istifadə olunur. Son zamanlar Fransa prezidenti Emmanuel Makronun qondarma "erməni soyqırımı" ilə bağlı verdiyi açıqlama, Rusiyadan müəyyən silahların, qırıcı təyyarələrin alınması Paşinyanı ruhlandırır. Elə başa düşdü ki, bu şeylərlə müəyyən addımlar atıla bilər. Lakin Dağlıq Qarabağ münaqişəsinin həllində artıq müsbət bir tendensiya yaranmalıdır. Yəni əgər Qarabağ icması tam şəkildə müharibənin başlanmasını istəmirsə bu ermənilərə aiddir. Təbii ki, danışıqlara gedilməlidir. Azərbaycan-Ermənistan arasında danışıqlar gedir. Əgər Ermənistan tam şəkildə Qarabağın təhlükəsizliyini öz üzərinə götürüb bəyanatlar verirsə, deməli, bunun da arxasında müvafiq addımlar atılmalıdır. Ona görə də fevralda baş tutacaq XİN rəhbərlərinin görüşlərində birmənalı şəkildə bunlara cavab verilməlidir". 

Politoloq hesab edir ki, Paşinyanın bu açıqlamaları vaxtı udmaqdan başqa bir məsələ deyil: "Lakin Azərbaycan Prezidenti öz çıxışlarında, hətta son müsahibəsində də qeyd etdi ki, danışıqların da öz müddəti var, bəli, biz sülh tərəfdarıyıq. Amma dünyada hiss olunur ki, güclü olmaq, güc vasitəsilə işğalçını danışıqlar masasına əyləşdirmək ən mühüm addımlardan biridir. Ona görə də Paşinyan belə bəyanatlar verir".

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31