Deputatımız rusiyalı həmkarları ilə görüşəcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Əli Hüseynli  fevralın 13-də Rusiyanın paytaxtı Moskvaya  səfərə gedəcək. MM-dən "Olaylar"a bildirilib ki, millət vəkili Rusiya Dövlət Duması tərəfindən təşkil edilmiş "Azərbaycan-Rusiya mədəniyyət körpüləri " mövzusunda keçiriləcək dəyərmi masaya qatılacaq, mövzu ilə əlaqədar çıxış edəcək.
Tədbirdə iki ölkə arasında mədəni dialoq, incəsənətin inkişafı, kinematoqrafiya, teatr, muzeylər, habelə təhsil sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq. Səfər fevralın 14-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31