Norat Ter-Qriqoryants: “Bu, Ermənistanın sonudur” Erməni generaldan etiraf

"Əlbəttə, mən bu görüşlərin kursundayam. Əgər buna ayrıca baxsaq, baş nazir Paşinyanın Əliyevlə görüşü pis deyil".Bu barədə Ermənistanın 1in.am saytına Ermənistanın sabiq baş qərargah rəisi, general-leytenant Norat Ter-Qriqoryants deyib.

Onun sözlərinə görə, tərəflərin görüşlərdə ictimaiyyətə açıqlanmayan hansı müzakirələri aparmaları, hansı razılıqlara gəlmələri barədə heç nə deyə bilməz. Belə ki, bunlar sirrdir və bu sirrləri şərh etmək istəmir: "Mənim nəzərimcə, fərdi görüşlər pis deyil, lakin bununla yanaşı, təhlükəlidir. Nəyə görə? Ona görə ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu məşğuldur və bu missiya həmin quruma verilib".

Erməni generalı Azərbaycanın silah təchizatının mükəmməl səviyyədə olduğunu da dolayısı ilə etiraf edib və bildirib ki, davamlı şəkildə silahlar əldə etmək üçün Azərbaycan tərəfi milyardlarla dollarlar xərcləyir, eyni zamanda, Türkiyə ilə sıx münasibətləri mövcuddur. "Əliyev Ərdoğanla Naxçıvana gedir və bəyan edir ki, İrəvan Azərbaycanın tarixi əraziləridir", deyə bildirən Norat Ter-Qriqoryants həmçinin xatırladıb ki, bu yaxınlarda Məmmədyarov erməni həmkarı ilə görüşündə bildirib ki, danışıqlardan nəinki Qarabağın, eləcə də Ermənistanın taleyi asılıdır. "Əgər Prezident müdafiə nazirinə əmr edərsə ki, ölçülər götürülsün, bu, Ermənistanın sonu olacaq", erməni generalı təlaşını gizlətməyib: "Bu, səmərəsiz situasiya yaradır və göstərir ki, bu adamlarla qlobal masştabda danışmaq lazımdır, fərdi deyil: ayrı-ayrılıqda danışanda onlar hərbi əməliyyatlara başlaya bilərlər, bundan sonra isə ATƏT-in Minsk qrupu deyəcək ki, bəlkə siz müharibə aparmaq üçün razılığa gəlmisiniz, nəyə görə bizə müraciət edirsiniz?".

Norat Ter-Qriqoryants bu nöqteyi-nəzərdən erməni baş nazirin Azərbaycan Prezidenti ilə fərdi görüşlərinin əleyhinə olduğunu bildirib və "Mən, sadəcə, xəbərdarlıq edirəm", deyə bildirib.

Erməni generalı Azərbaycanın hücum edə biləcəyi mümkünlüyünə də toxunaraq, vəziyyətin qondarma "DQR", bütövlükdə isə Ermənistan üçün təhlükəli olduğunu bildirib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31