Eldəniz Səlimov: “Paşinyan hakimiyyətə gəldiyi gündən çaşqınlıq içindədir”

Millət vəkili Eldəniz Səlimovun  müsahibəsi
- Eldəniz müəllim, Ermənistanın baş naziri danışıqlar prosesində işğal altındakı ərazilərin boşaldılması məsələsinin müzakirə olunmadığını bildirib. Bu sərsəmləmə nədən irəli gəlir?
- Nikol Paşinyanın bu cür münasibətini və mövqeyini hər an gözləmək olardı. Çünki danışıqlar apararkən özünü itirir. Bəlkə də heç bilmir ki, orada söhbət nədən gedir. O anlamır ki, danışıqları necə aparmaq lazımdır və nə üçün aparılır? Küçədən hakimiyyətə gələn üçün bu hal təsadüfü deyil. Paşinyanın siyasi gücü yoxdur, ona görə də, Paşinyana siyasətçi desək səhv etmiş olarıq. Hətta özü də bilmir ki, hakimiyyətə nə üçün gəlib. Kimi görür o tərəfə əyilir, çox vaxt Qərbə meyl etmək istəyir, bununla yanaşı Rusiyadan da əl çəkə bilmir. Paşinyan hakimiyyətə gəldiyi gündən çaşqınlıq içində olduğundan, özünə yol seçə bilmir.
- Ermənistan rəhbərliyinin tutduğu anormal mövqe nəticə etibarı ilə danışıqların pozulmasına gətirib çıxarmayacaq ki?
- Paşinyan Dağlıq Qarabağla bağlı sərsəm bəyanətlər vərməklə vəziyyətini daxildə möhkəmləndirmək istəyir. Özündən əvvəlki prezidentlərin səhvlərin təkrarlayır, buda onun erməni xislətindən irəli gələn haldır. O müstəqil siyasət yeridə bilmir və xarici ölkələrdən asılı olduğundan onların sifarişlərini yerinə yetirib, öz missiyasını yerinə yetirmiş hesab edir. Nəticədə
Ermənistan idarə olunmaz bir ölkəyə çevrildiyindən özü də pis vəziyyətə düşüb.
- Ümumiyyətlə, danışıqlar xatirinə danışıqlar aparmağa lüzum varmı?
- Hələ ki, Paşinyan Koçaryan və Sarkisyanın səhvlərini təkrarlamaqla, danışıqlar xatirinə danışıqlara qatılır. Son vaxtlar beynəlxalq təşkilatlar Ermənistanı danışıqlar masasına oturtmağa səy göstərirlər. Ədalətə söykənən missiyamızın nəticəsi özünü göstərəcəkdir.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31