“ABŞ-Özbəkistan münasibətlərində aktivlik var”

"Özbəkistan prezidenti Ş.Mirziyayevi Almaniyada fəxri qarovulla qarşılayıblar. Federal-kansler A.Merkellə görüşdə təkcə ikitərəfli əməkdaşlıq deyil, regional əməkdaşlıq məsələləri də müzakirə edildi. 4 milyard dollar məbləği olan 9 müqavilə imzalandı. Almaniyaya səfəri zamanı Ş.Mirziyayev Bavariya regionuna səfər etdi. Münhendə Bavariyanın baş naziri Markus Zederlə görüşüb, ticari-iqtisadi sahəsindəki məsələləri müzakirə edib".

Bunu bu gün keçirdiyi mətbuat konfransında politoloq Mübariz Əhmədoğlu deyib. O, bildirib ki, ABŞ-Özbəkistan münasibətlərində aktivlik var: "Özbəkistanın xüsusi təyinatlı hərbi qüvvələri ABŞ-da keçirilən hərbi tədbirdə iştirak edib. Təlimlər Missisipi ştatının (ABŞ) Milli Qvardiyasının Qalfport şəhərinin Kemp Şelbi təlim mərkəzində keçirildi. ABŞ Özbəkistanın toxuculuq məhsullarına qoyduğu qadağanın ləğv edilməsi mövzusunda danışıqlara başlayıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Uzbekenerqo"ya 240 milyon dollar kredit verib. Dövlət təminatı ilə verilən bu kredit yeni istilik elektrik stansiyasının tikintisinə yönəldiləcəkdir".

Politoloq əlavə edib ki, "Facebook" bəzi Rusiya mənşəli səhifələri ləğv edib: "Özbəkistan prezidentinin Facebook səhifəsi Rusiya ərazisindən idarə olunduğu üçün ləğv olunan səhifələrin içərisində idi. Özbəkistandakı tikinti bumu Çinə 2,1 milyard dollar vəsait qazandırıb. Özbəkistan Tacikistandan kənd təsərrüfatı traktorunun alınması barədə yayılan məlumatları inkar edib. Özbəkistan və Türkmənistanın xarici işlər nazirləri Özbəkistanda görüşərək 2018-ci ildə gördüyü işlərə yekun vurublar. Eyni zamanda, Özbəkistanda "Turon-24" informasiya agentliyi bağlandı. Bu informasiya agentliyi cəmi 4 ay bundan qabaq yaranıb".

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31