Paşinyan imitasiya ilə məşğuldur

Ermənistanda hakimiyyətdaxili savaş özünü daha açıq şəkildə göstərməyə başlayır. Aprel inqilabından sonra keçirilən növbədənkənar parlament seçkiləri ilə “Qarabağ klanı”nı tamamilə zərərsizləşdirməyə müvəffəq olan və hakimiyyəti demək olar ki, təkbaşına ələ keçirən Nikol Paşinyan indi də hakimiyyətin müxtəlif qollarında zamanında özünə yer tapmış bu klanın nümayəndələrini təmizləməyə başlayıb. Bu yolda Nikol Paşinyan üçün ən ciddi rəqib isə qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi hesab edilir. Dəfələrlə separatçıların lideri Bako Saakyana dolayı yolla öz mesajlarını çatdıran baş nazir Nikol Paşinyan indi ciddi şəkildə separatçıların liderinə qarşı hücuma keçməyi düşünür.

Ermənistanda hakimiyyətdaxili savaş özünü daha açıq şəkildə göstərməyə başlayır. Aprel inqilabından sonra keçirilən növbədənkənar parlament seçkiləri ilə "Qarabağ klanı"nı tamamilə zərərsizləşdirməyə müvəffəq olan və hakimiyyəti demək olar ki, təkbaşına ələ keçirən Nikol Paşinyan indi də hakimiyyətin müxtəlif qollarında zamanında özünə yer tapmış bu klanın nümayəndələrini təmizləməyə başlayıb. Bu yolda Nikol Paşinyan üçün ən ciddi rəqib isə qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi hesab edilir. Dəfələrlə separatçıların lideri Bako Saakyana dolayı yolla öz mesajlarını çatdıran baş nazir Nikol Paşinyan indi ciddi şəkildə separatçıların liderinə qarşı hücuma keçməyi düşünür. Bir qədər də dəqiqləşdirsək Nikol Paşinyan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə özünə yaxın birinin keçməsini arzu edur. Ancaq Paşinyanın bu planı o qədər də uğurlu alınmaya bilər. Çünki Nikolun getdikcə zəfiləyən nüfuzu və xalq arasında reytinqdən düşməsi Paşinyanın Bako Saakyan üzərində həlledici qələbə qazanmaq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən separatçıların liderinin Rusiya tərəfindən də dəstək gördüyü bildirilir.

Ermənistanda mərkəzi hakimiyyətlə Qarabağ klanı arasında gedən mübarizəni şərh edən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ermənistan rəhbərliyi Qarabağ klanına qarşı siyasi təqibi davam etdirir. Onun sözlərinə görə, artıq, sabiq prezident Serj Sarkisyan 1 mart hadisələrinə görə beş saat istintaqa ifadə verib: "Onun rəhbərlik etdiyi Respublikaçılar Partiyası da getdikcə zəifləyir, parçalanmaya məruz qalır. Hətta bəzi üzvüləri partiya sıralarını tərk edərək Nikol Paşinyana tərəf meyillənirlər". Politoloq deyib ki, Serj Sarkisyanın istintaqa dəvət olunmasını, onun həbsinə hazırlıq kimi də dəyərləndirmək lazımdır: "Rusiyanın əsas adamı və Ermənistanda Sarkisyandan da güclü füqur olan Robert Koçaryan həbs edilirsə, niyə də Serj Sarkisyan həbs edilməsin?! Nikol Paşinyan bu iki odioz fiquru sıradan çıxarmaqla, ölkəsində daxili təzyiqlərdən sığortalanmağı hesablayır".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbərinin sözlərinə görə,  məhz Nikol  Paşinyan yaxşı bilir ki, iki fiqurun zərərləşdirməsindən sonra ona qarşı alternativ qüvvə olmayacaq: "İlk növbədə bu həbs və təqiblər Nikol Paşinyana Qərb tərəfindən verilən təlimatlar əsasında aparılaraq, hakimiyyətin güclənməsinə hesablanıb. Nikol Paşinyan hazırda güclü şəkildə Qarabağ danışıqlarında bu klanın təzyiqləri ilə üzləşir. Əgər, bu klanı tam sıradan çıxarıb, daxili təzyiqləri neytrallaşdırsa, bu ilk növbədə Moskvanın mövqeyini zəiflədəcək. Burada artıq, Nikol Paşinyanın Qarabağ danışıqlarında daxili təzyiq formulu aradan qalxacaq".

Məhəmməd Əsədullazadə hesab edir ki, Nikol Paşinyan il ərzində danışıqları maksimum yüksək səviyyədə aparacaq: "Burada hədəf nəticəyə deyil, cəbhədə atəşkəsi qorumaq, erməni cəmiyyətinə güzəştsiz mövqe ortaya qoymaqla daxili sabitliyi bir müddət qorumağa çalışacaq. Amma, onun bu siyasəti rəsmi Bakı tərəfindən ciddi şəkildə təzyiqlə qarşılaşa bilər. Bu il ərzində müsbət dəyişikliklər gözlənilsə də, müharibə variantı rəsmi Bakının masasındadır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31