Rusiyada yeni diaspor təşkilatı yaradıldı
Rusiya Federasiyasında "İstra azərbaycanlıları icması” adlı yeni təşkilat yaradılıb. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Ramil Əliyev verib.Təşkilat bir müddət öncə fəaliyyəti dayandırılmış ÜAK-ın İstra şəhərindəki nümayəndəliyi tərəfindən təsis edilib.
5 Fevral 2019 13:04 SiyasətRusiya Federasiyasında "İstra azərbaycanlıları icması" adlı yeni təşkilat yaradılıb. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Ramil Əliyev verib.Təşkilat bir müddət öncə fəaliyyəti dayandırılmış ÜAK-ın İstra şəhərindəki nümayəndəliyi tərəfindən təsis edilib.
İcma sədri Ramil Əliyev bildirib ki, artıq yeni yaradılan təşkilat Rusiya Ədliyyə Nazirliyinin qeydiyyatından keçərək rəsmi fəaliyyət göstərir.
Onun sözlərinə görə, İstrada yaşayan həmvətənlərimiz bundan sonra tam müstəqil olaraq "İstra azərbaycanlıları icması" adı altında fəaliyyət göstərəcəklər.