Bolqarıstanın Baş naziri Bakıya gələcək
4 Fevral 2019 14:37 SiyasətBolqarıstanın Baş naziriBoyko Borisov mart ayında Bakıya gələcək.
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.
O, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı Forumundaiştirak edəcək.
Qeyd edək ki, VII Qlobal Bakı forumunda dünyanın 70-dən çox ölkəsindən 450qonağın iştirakı gözlənilir. Builki forumun mövzusu "Dünyanın yeni xarici siyasəti" olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçılarının da qatılması gözlənilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31