Angela Merkel: "Qarabağ münaqişəsinin həllində tərəfləri razı salacaq variant tapmaq üçün xeyli vaxt lazım olacaq"

"Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri razı salacaq variant tapmaq üçün xeyli vaxt lazım olacaq".

Bunu Almaniya Kansleri Angela Merkel Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Qarşıda uzun yol var. Təkcə bir tərəfi razı salan variant mümkün deyil. Odur ki, ATƏT-in Minsk qrupunun imkanlarından yararlanmaq lazımdır", - deyə Almaniyanın hökumət başçısı vurğulayıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31