Gürcüstanda Azərbaycna qarşı fəaliyyət göstərən qüvvələr var

Deputat Əflatun Amaşov həmçinin qeyd edib ki, Azərbaycanla Gürcüstanın yüksək qonşuluq əlaqələri olsa da, buna qarşı hələ də fəaliyyət göstərən qüvvələr var: "Gürcüstanda Azərbaycan torpaqlarının işğalında iştirak etmiş cinayətkar erməni terrorçusu Mixail Avaqyana abidə ucaldılıb. Bu abidənin ucaldılmasından Gürcüstan hökumətinin məlumatı olmayıb İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində qatil Avaqyanın abidəsi götürüləcək. Həmin qüvvələr yenə də iş başındadırlar. Hələ 2006-cı ildə Axalkalakidə başqa bir erməni terrorçusuna heykəl qoymuşdular. İndi isə bu addımı atdılar. Həmçinin Nəriman Nərimanovun Marneulidəki abidəsinə qarşı hörmətsizlik edildi. Ona görə də hesab edirəm ki, bu hallar tezliklə aradan qaldırılmalıdır". Gürcüstdan erməni cəlladının büstünün qoyulması məsələsinə də münasibət bildirən deputat Zahid Oruc söyləyib ki, ermənilər tərəfindəna tılan bu addımın məqsədi Azərbaycan-Gürcüstan münasibətlərinə ziyan vurmaqdır: "Lakin biz Gürcüstanda iqtisadi gücüüzü artırmalı, onlara qarşı mübarizədə alternativ yollardan istifadə etməliyik". Milli Məclisin spikeri Oqtay Əsədov Gürcüstanda ermənilərin məskunlaşdığı ərazidə Qarabağ müharibəsində iştirak etmiş Mixail Avaqyana büstün qoyulması məsələsinə münasibət bildirib: "Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın səfirini nazirliyə dəvət edib. Azərbaycanın gürcüstandakı səfəri də həmin ölkənin Xarici İşlər Nazirliyində olub. Bu məsələ ilə bağlı iş gedir. Güman edirəm ki, gürcü hökuməti bu məsələyə diqqət edəcək və bu məsələlər öz həllini tapacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31