ABŞ-ın Milli Müdafiə Universitetində ABŞ-Azərbaycan tərəfdaşlığına dair müzakirələr
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Milli Müdafiə Universitetinin (National Defense University) dəvəti əsasında Universitetin müəllim və tələbə heyəti qarşısında "Azərbaycan: Strateji bölgədə etibarlı tərəfdaş” mövzusunda çıxış edib. Səfirlikdən Olaylar.az -a bildirilib ki, səfir Elin Süleymanov çıxışı zamanı ilk öncə dinləyicilərə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açaraq, Azərbaycanın böyük geosiyasi əhəmiyyətə malik ölkə və dünya əhəmiyyətli strateji mərkəz olduğuna diqqət yönəltmişdir. Azərbaycanın uğurlu enerji strategiyası, neft və qaz ehtiyatları, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilmiş, bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi bildirilmişdir.
1 Fevral 2019 10:32 SiyasətAzərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Milli Müdafiə Universitetinin (National Defense University) dəvəti əsasında Universitetin müəllim və tələbə heyəti qarşısında "Azərbaycan: Strateji bölgədə etibarlı tərəfdaş" mövzusunda çıxış edib.
Səfirlikdən Olaylar.az -a bildirilib ki, səfir Elin Süleymanov çıxışı zamanı ilk öncə dinləyicilərə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açaraq, Azərbaycanın böyük geosiyasi əhəmiyyətə malik ölkə və dünya əhəmiyyətli strateji mərkəz olduğuna diqqət yönəltmişdir. Azərbaycanın uğurlu enerji strategiyası, neft və qaz ehtiyatları, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilmiş, bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi bildirilmişdir.
Sonda dinləyicilər fəal şəkildə sual-cavab mərhələsində iştirak edərək, səfir Elin Süleymanova Azərbaycan-ABŞ tərəfdaşlığının müxtəlif ABŞ administrasiyalarının dövrləri üzrə müqayisəli təhlili, ölkə ixracının diversifikasiyası, Cənubi Qafqazda təhlükəsizlik, həmçinin ölkəmizin regional xarici siyasətinin digər istiqamətlərinə aid suallar ünvanlamışlar.
Qeyd edək ki, 1976-ci ildə əsası qoyulmuş Milli Müdafiə Universitetinin əsas məqsədi ABŞ və xarici dövlətlər üçün milli və beynəlxalq təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi ilə məşğul olacaq hərbi və mülki kadrların hazırlanmasıdır. Beş kollecdən ibarət universitetin Azərbaycan da daxil olmaqla, dünyanın 90-dan çox ölkəsindən məzunları vardır.