SOROS-un “uşaqları” İrəvanda Rusiyaya meydan oxuyur

Kreml Ermənistana qarşı sərt tədbirlər ssenarisinə keçir?

Rusiya ilə Ermənistan arasında münasibətlərdə son 20 ilin ən gərgin anları yaşanır.  Hər şey keçən ilin aprelində işğalçı ölkədə baş verən hakimiyyət dəyişikliyi və Qərbmeyilli Nikol Paşinyanın hakimiyyəti zəbt etməsi ilə başlandı. Hakimiyyət kreslosunda əyləşdiyi ilk gündən Ermənistanın əzəli və əbədi ağası olan Rusiyaya qarşı dirəniş göstərən, Moskva ilə münasibətlərə yenidən nəzər salmağı düşünən Nikol Paşinyan düşünürdü ki, İrəvanın Kremlə qarşı sərgiləyəcəyi sərt ritorika onu hakimiyyətə gətirənlər tərəfindən dəstəklənəcək və Ermənistanın yolu Qərbə, Avropaya açılacaq. Ancaq proseslər və Nikol Paşinyanın qeyri-ciddi və siyasi cəhətdən atdığı naşı addımlar Qərbdə də inqilabçı baş nazirlə bağlı ehtiyatlı addımların atılmasını zərurətə çevirdi. İndi həm Qərbə. Avropaya, həm də Rusiyaya yolu bağlanan Ermənistan hakimiyyəti çarəsiz durumda nə etdiyini belə müəyyənləşdirə bilmir. Hər iki cəbhədə ağır zərbə ilə üzləşən Nikol Paşinyan yenidən Rusiyaya doğru meyillənməyi düşünsə də, bu dəfə Kreml İrəvana güzəştə getmək fikrində görünmür. Ermənistan hakimiyyətinin səriştəsiz və düşünülməmiş addımları Kremldə o qədər ciddi etiraz və narahatçılıq doğurub ki, hətta Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Rusiya Federasiyasına səfər etsə də, lakin bu ölkənin prezidenti Vladimir Putinlə görüşməyə müvəffəq olmayıb. Baxmayaraq ki, Nikol Paşinyan hələ Rusiyaya hərəkət etməməzdən əvvəl Kreml rəhbərindən onu qəbul etməyi xahiş etmişdi. Görünür, Paşinyan bütün körpüləri yanıdırdığı üçün indi Moskva İrəvanla diqtə dilində danışmağa üstünlük verir. Artıq əvvəlki müttəfiqlikdən söhbət gedə bilməz. Elə Rusiyanın xarici işlər nazirinin müavini Karasinin bu günlərdə xüsusi təlimat əsasında İrəvana ezam olunması da məhz Rusiyanın Ermənistana növbəti təzyiqi kimi xarakterizə edilir. İddia edilir ki, Kreml rəhbəri adəti üzrə hər hansı ölkəyə qarşı narazılıq və təzyiq dolu mesajlarını məhz Karasinin vasitəsilə çatdırır. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Rusiyanın xarici İşlər nazirinin muavini , MDB üzrə siyasətin ağır artilleriyası olan Karasinin Ermənistana səfəri gözlənilir. Politoloq deyib ki, Ermənistan-Rusiya əlaqələrinin gərginləşməsi fonunda bu səfər rəsmi Yerevana təzyiqlərin başlanğıcından xəbər verir: "Karasin əsasən, Nikol Paşinyanın xarici siyasətinin tədqiqi, həmçinin Kremlin təhdid dolu mesajını çatdırmağa gəlir. Qeyd edim ki, ötən həftə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Moskvada Nikol Paşinyanı qəbul etməməsi , təzyiq mesajı olmaqla yanaşı , bir növ onunla artıq danışmağın heç bir məna kəsb etmədiyindən irəli gəlir. Moskva görüşü, yalnız Nikol Paşinyan üçün görüntü olaraq lazım idi. Ancaq Vladimir Putin bu fürsəti ona tanımadı".

Məhəmməd Əsədullazadə deyib ki. artıq Rusiyadakı erməni lobbisinin maliyyə mərkəzlərinə Ermənistana maliyyə yardımın dayandırılması barədə Kremldən göstəriş verilib. Bu da Ermənistanda sosial vəziyyəti ağırlaşdırmaqla yanaşı , Rusiyada ermənilərə təzyiqi deməkdir: "Kreml bununla Ermənistanın yeni rəhbərliyi ilə haqq-hesab çəkməyə başlayır. Qazın qiymətinin qaldırması bunun bariz göstəricisidir. Rusiyanın xarici işlər nazirinin muavini Karasin emosional və açıq şəkildə təhdidedici ritorikaya malikdir. Məhz Moskva Karasini görəvləndirməklə Nikol Paşinyanı açıq şəkildə başa salmağa göndərir. Hazırda Rusiya Ermənistan əlaqələrinin inkişafını Paşinyan durdurub. Bundan əlavə , Qarabağdakı separatçıların Nikol Paşinyana qarşı sərt mesajlarının arxasında Moskvanın dayanması da istisna edilməməlidir". Politoloq hesab edir ki, Karasinin Yerevanda aparacağı danışıqlarda Robert Koçaryanın həbsdən azad olunması da tələb ediləcək: "İkinci , Nikol Paşinyanın xarici siyasət kursunda antiRusiya mövqeyi tutmasının Ermənistan üçün təhlükəsizlik məsələsi olduğu qeyd edəiləcək. Üçüncüsü , Qarabağ klanına qarşı siyasi təqibi dayandırmaq tələb olunacaq. Çünki Moskvanın siyasi dayağı olan Qarabağ klanının siyasi səhnədən getməsi, Nikol Paşinyanın əl-qolunu açır, amma Moskvanın bu ölkədə siyasi dayaqlarını zəiflədir. Ermənistanda elə bir situasiya yetişib ki, Rusiya öz forpostunu itirmək mərhələsindədir. Qeyd edim ki, Sorosun uşaqları, Kremlin uşaqlarını sıradan çıxarır.  Karasin əsas müzakirə predmeti də Qarabağ məsələsi olacaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31