“ABŞ Dağlıq Qarabağ münaqişənin həllində hansısa ölkənin monopoliyasına imkan vermir”
“ABŞ Minsk qrupu ölkələrinin həmsədrlərindən biridir və Amerika Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uzun müddətdir ki, işləyir”. Bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan-ABŞ münasibətlərində Dağlıq Qarabağ münaqişəsinin həllinin rolu barədə danışarkən deyib.
30 Yanvar 2019 14:24 Siyasət"ABŞ Minsk qrupu ölkələrinin həmsədrlərindən biridir və Amerika Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uzun müddətdir ki, işləyir".
Bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan-ABŞ münasibətlərində Dağlıq Qarabağ münaqişəsinin həllinin rolu barədə danışarkən deyib.
O bildirib ki, ABŞ-la olan münasibətlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir müsbət hal var: "Bu ondan ibarətdir ki, ABŞ hansısa ölkənin bu münaqişənin həllində monopoliyasına imkan vermir. Eyni zamanda Amerikada çox fəal olan erməni diasporu xüsusilə ABŞ Konqresinin mövqeyinə öz mənfi təsirini göstərir. Ona görə də biz çox istərdik ki, bu münaqişənin həllində həm ABŞ, həm də digər həmsədr ölkələr məhz beynəlxalq hüquq normalarına əsaslanan istiqamətdə israrlı olsunlar. Beynəlxalq hüquq normaları hər bir halda bu cür dəyişsə münaqişələr daha da artacaq və onların həlli mümkün olmayacaq".
Azadinform