İrəvandakı qətliama niyə susursunuz? – Bəyanat
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Avropa Parlamentinin Ermənistanda ötən il dekabrın 5-dən aclıq aksiyası keçirmiş jurnalist, “Haynews.am” saytının rəhbəri, “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegiazaryanın ölümünə reaksiya verməməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Avropa Parlamentinin yanvarın 17-də Azərbaycanla bağlı qətnamə qəbul etməsinin qərəzli, qeyri-obyektiv olması vurğulanıb.
29 Yanvar 2019 18:04 Siyasət"Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Avropa Parlamentinin Ermənistanda ötən il dekabrın 5-dən aclıq aksiyası keçirmiş jurnalist, "Haynews.am" saytının rəhbəri, "Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini Mqer Yegiazaryanın ölümünə reaksiya verməməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda Avropa Parlamentinin yanvarın 17-də Azərbaycanla bağlı qətnamə qəbul etməsinin qərəzli, qeyri-obyektiv olması vurğulanıb.
Bildirilib ki, qurumun ölkəmizdə insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qərarının bəzi siyasi dairələrin istək və məqsədlərinə xidmət etdiyi aydın görünür:
"Belə olmasaydı, 52 gün aclıq aksiyası keçirmiş jurnalist Mqer Yegiazaryanın ölümünə reaksiya verilərdi, lazımı qərarlar çıxarılardı. Günlərlə davam etmiş aclıq aksiyası nə Ermənistan hakimiyyətini, nə də insan hüquqlarından dəm vuran beynəlxalq təşkilatları narahat edib.
Nə üçün Avropa Parlamenti uzun illər Ermənistanda hökmranlıq etmiş qəddar diktatura rejimi, seçkilərin saxtalaşdırılması, siyasi qətllər və digər cinayətlərlə bağlı adekvat mövqe nümayiş etdirməyib? Halbuki Ermənistanda baş verənlərdən hörmətli Avropa parlamentarilərinin kifayət qədər məlumatı olmalı idi.
Məgər siz Ermənistanda parlamentin və dinc nümayişçilərin gülləbaran edildiyini, hakimiyyətin siyasi rəqiblərinin fiziki cəhətdən aradan götürüldüyünü, bütün seçkilərin saxtalaşdırıldığını, etirazlara, aclıq aksiyalarına heç bir məhəl qoyulmadığını, 2017-ci ilin martında həbsxanada aclıq aksiyası keçirən siyasi məhbus Artur Sərkisyanın öldüyünü bilmirdiniz? Göründüyü kimi, suallar hələ də cavabsız qalır".
"Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi bəyanatında Avropa Parlamentinin deputatlarını öz dəyərlərinə sadiq qalmağa, ikili standartlardan, ayrı-seçkilikdən və islamafobiyadan uzaq olmağa dəvət edib.