Nikola Qarabağ təzyiqi artır: Daşnaklar dayanmır

Əgər Ermənistanın indiki rəhbərliyi Qarabağ məsələsində güzəştə getməsə, Daşnaksütyun Partiyası sıx əməkdaşlığa hazır olacaq.

Bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyası Bürosunun sədri Armen Rüstəmyan deyib. O, Qarabağ məsələsində partiyanın baxış bucağına əks mövqe sərgiləyən istənilən siyasi qüvvəyə qarşı ən sərt müxalifət kimi çıxış edəcəyini deyib:

"Hər kəs Levon Ter Petrosyanın bəyanatını xatırlayır. Petrosyan deyirdi ki, "Serqo, sən Qarabağ məsələsi həll edilməyənə qədər yaxşı yaşamayacaqsan". Biz hesab edirik ki, Qarabağ məsələsi qürur məsələmizdir. Burada kompromisə yol vermək olmaz".

Qeyd edək ki, Qarabağla bağlı aktiv danışıqların aparıldığı dönəmdə də məhz bu partiyanın nümayəndələri parlamentə daxil olaraq terakt təşkil etmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31