İkili standartlara son qoyun!

“ İctimai Problemlərin Tədqiqi Assosiasiyası” nın Avropa Birliyi Parlamenti nümayəndələrinə Müraciəti

"İctimai Problemlərin Tədqiqi Assosiasiyası" nın                                        

Avropa Birliyi Parlamenti nümayəndələrinə

                   Müraciəti

Hörmətli deputatlar!

Avropa Birliyi parlamentində son illər Azərbaycana qarşı qərəzli münasibət bizi bu müraciəti qəbul etməyə məcbur etdi.

Azərbaycana qarşı 30 ildən artıqdır ki, qonşu Ermənistan tərəfindən təcavüz siyasəti davam edir. Azərbaycan ərazilərinin 20 % Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanda və Dağlıq Qarabağda yaşayan 1 milyondan artıq azərbaycanlı öz ata baba yurdlarında qovulublar.

Monoetnik ölkəyə çevrilmiş Ermənistanda insan haqları köbud surətdə pozulduğu halda Avropa Birliyi Parlamentariləri buna seyirçi mövqedə yanaşması bizi təcübləndirir. 1999-cu ildə ATƏT-in İstambul sammiti ərəfəsi Ermənistan parlamentinə daxil olan avtomatla silahlanmış terorçuların baş nazir, parlamentin spikeri və digər rəhbər vəzifəli şəxsləri güllələməsi, həbsxanalarda məhbusların, o cümlədən müxalifət partiya nüməyəndələrinin müəmmalı şəkildə öldürülməsi və s. hallar bu ölkədə özbaşnalığın baş alıb getdiyini göstərir.

Bütün bu hallara göz yuman Avropa parlamentarilərinin Azərbaycanda baş verən hər hansı kiçik bir halı böyüdərək ölkəmizə qarşı hücuma keçmələri heç bir mənqiqə sığmır.

Biz Avropa Birliyindən bu cür qərəzli yanaşmaya, ölkələrə ikili standartlara yanaşmağa son qoymağı qətiyyətlə tələb edirik.

"  İctimai Problemlərin Tədqiqi Assosiasiyası" nın  sədri, t.ü.e.d.,prof. Məhərrəm Zülfüqarlı                                      

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31